Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Ermənistanı Azərbaycana qarşı silahlandırır... - Nəticə nə ola bilər?

Tehran Ermənistanda PUA istehsalı edən zavod inşa edəcək...

Politoloq: “İrəvanla Tehran arasında hərbi sahədə olan hərəkətlilik Azərbaycanda diqqətlə izlənilməkdədir”.

“İstənilən halda Ermənistana bu zərbə PUA-larının verilməsi Azərbaycan üçün təhdid kimi qiymətləndirilir. Çünki Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymur”.

Bu sözləri politoloq İlyas Hüseynov Ermənistanla İran arasında intensivləşən silah anlaşmalarını PİA.az-a şərh edərkən qeyd edib.

İrəvanla Tehran arasında iki ay əvvəl başlayan və hazırda davam edən danışıqlarda əsas məqamlardan biri zərbə PUA-larıdır. Ermənistanda həmin PUA-ların istehsalçısı olan İranın İsfəhan şəhərində yerləşən “HESA” dövlət konserni Ermənistanın Spitak şəhərində kiçik zavod inşa etməyi planlayır. Eyni zamanda İran Ermənistana “Dehlaviyeh” (“Dəhləviyə”) və “Almas” tank əleyhinə raket kompleksləri (TƏRK) verməyə davam edir.

İranın Ermənistanı Azərbaycana qarşı silahlandırma siyasəti nə ilə nəticələnə bilər? Bu siyasət Cənubi Qafqazda hərbi balansı pozmağa yetərli ola bilərmi?

İran-Ermənistan münasibətlərini PİA.az-ın əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “İranın Ermənistanı silahlandırması Cənubi Qafqazda hərbi balansı pozmağa yetərli ola bilməz”.

Azərbaycanın İranla bağlı predmetiv tədbirlər həyata keçirməli olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, ilk növbədə İranın kamikadze dronlarının göstəriciləri öyrənilməli, radioelektron mübarizə sistemlərimizin bu kamikadze dronlarının neytrallaşdırılması, məhv edilməsi yönündə yol xəritəsi formalaşdırılmalıdır:

Ermənistanla İran arasında hərbi əməkdaşlıq getdikcə intensiv xarakter almağa başlayır. İrəvanla Tehran arasında hərbi sahədə olan hərəkətlilik Azərbaycanda diqqətlə izlənilməkdədir. Çünki bir müddət əvvəl Ermənistana İran tərəfindən “Dəhləviyə” və “Almas” tipli tank əleyhinə idarə olunan raketlər verildi. Hətta bəzi iddialar var idi ki, bu Ermənistan üzərindən Rusiyaya gedəcək və daha sonra Ukrayna cəbhəsində istifadə olunacaq. Amma istənilən halda Ermənistana bu raketlərin verilməsi Azərbaycan üçün təhdid kimi qiymətləndirilir. Çünki Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymur. Separatizmi dəstəkləyir və seperatçı quruma maliyyə yardımı ayırır. Eyni zamanda rəsmi İrəvan sülh müqaviləsinin imzalanmasından da boyun qaçırır.

Həmçinin İrəvan və Tehran arasında PUA-ların istehsal olunması ciddi narahatedici bir məqamdır. Çünki biz İran istehsalı olan PUA-ları Ukrayna ərazisində görmüşük və onların həm texniki, həm də taktiki göstəriciləri bizə məlumdur. Lakin əgər söhbət komekadze dronlarından gedirsə, bu zaman sual yaranır. Qərbin İrana qarşı çox ciddi sanksiyaları tətbiq olunduğu müddətdə Qərb texnologiyasının əsasında qurulan pilotsuz uçuş aparatları hansı yollarla İrana gəlib çıxıb? Digər tərəfdən Ermənistanın Spitak şəhərində İranın istehsalı olan PUA zavodunun tikilməsi hansı məqsədlərə xidmət edir?

İlyas Hüseynov: “Qərbin İrana qarşı çox ciddi sanksiyaları tətbiq olunduğu müddətdə Qərb texnologiyasının əsasında qurulan pilotsuz uçuş aparatları hansı yollarla İrana gəlib çıxıb?”.

Təbii ki, İkinci Qarabağ münaqişəsinin nəticəsi Ermənistanı ciddi düşündürüb və müxtəlif yollarla silahlanmaq onların qarşısında məqsəddir. Eyni zamanda İrəvan-Tehran şəhərlərinin qardaşlaşması və Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Tehrana dəvət olunması, burada işgüzar xanımların birinci beynəlxalq forumunda iştirakı, məsçidə getməsi kimi hallar təbii Azərbaycan və təbii ki, Azərbaycan-İran arasında olan münasibətlərə xələl gətirir.

Düşünürəm ki, Azərbaycan İranla bağlı predmetiv tədbirlər həyata keçirməlidir. İlk növbədə İranın komekadze dronlarının göstəriciləri öyrənilməli, radioelektron mübarizə sistemlərimizin bu komekadze dronlarının neytrallaşdırılması, məhv edilməsi yönündə yol xəritəsi formalaşdırılmalıdır ki, bu dronları rahatlıqla zərərsizləşdirə bilək.

Hesab edirəm ki, Azərbaycan bu məsələnin də öhdəsindən gələcək. Çünki bu gün 4-cü 5-ci nəsil silahlanmaq əsas prioritetdir. İranın Ermənistanı silahlandırması da Cənubi Qafqazda hərbi balansı pozmağa yetərli ola bilməz. İndidən demək olar ki, bu sahədə Azərbaycanın böyük təcrübəsi var. Lakin yeni-yeni təhdidlərə və düşmənimizin silahlandırılmasına biz çox ciddi yanaşmalıyıq. Əgər Azərbaycana qarşı hansısa məkirli əllər uzanacaqsa, bu zaman qarşılarında güclü Azərbaycanı görəcəklər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar