Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hovakimin Ukrayna “etirafı”... - Kiyev Yerəvana silah verib?

Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Ermənistana silah göndərilməsini “etiraf” edib...

Politoloq: “Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın bu açıqlaması hiylə də ola bilər, doğru məlumat da ola bilər”.

“Belə bir “etirafa” görə Arutunyan Ukraynadan deportasiya olunmalıdır”.

Bu sözləri politoloq Əhəd Məmmədli Hovakim Arutyunyanın Ukraynanın Ermənistana silah göndərməsi ilə bağlı söylədiklərini PİA.az-a şərh edərkən qeyd edib.

Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın Ermənistana silah göndərilməsini “etiraf” edib. Faktiki olaraq bu etiraf çox ciddi suallar yaradır: Arutyunyan niyə belə bir gizli əməliyyatı “etiraf” etməli idi? Bu Ermənistanın, ya da Ukraynanın işinə yarayırmı?

Böyük ehtimalla ermənilərin bu “etirafı” təxribatdır və bu təxribatın da məqsədi Bakını Ukraynaya qarşı qoymaqdır. Lakin məsələ ilə bağlı Ukrayna tərəfinin susması da əlavə suallar yaradır…

Bəs Arutyunyanın belə bir gizli əməliyyatı indiki məqamda “etiraf” etməsində başqa hansı məqsədlər ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “Ola bilər ki, Ukraynadakı erməni diasporunun lideri belə bir “etirafı” Rusiya kəşfiyyatının tapşırığı ilə eləsin”.

Hovakim Arutyunyanın bu çıxışına çox da fikir verməməyi tövsiyyə edən politoloq PİA.az-a bildirib ki, bu Azərbaycanla Ukraynanın münasibətlərinin korlanması üçün tipik erməni hiyləsi ola bilər. Lakin bu məsələ ilə bağlı Ukrayna tərəfinin araşdırma aparması və bütün halalrda belə təxribat xarakterli bəyanata görə Arutunyan cəzalandırılmalıdır:

“Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın bu açıqlaması hiylə də ola bilər, doğru məlumat da ola bilər. Yəni əvvələr Ukraynanın Ermənistana silah verməsi faktı öz təsdiqini tapa bilər. Bu mümkündür.

Bizim cəmiyyətdə elə bir təəssürat yaradılıb ki, guya Azərbaycanla Ermənistan 30 ilə yaxın müharibə şəraitində olanda Ukrayna qeyri-şərtsiz Azərbaycanın yanında olub. Amma bu belə deyil. Bəli, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Ancaq Azərbaycanın ərazi bütövlüyünü də dünyada bütün ölkələr tanıyıb.

Ukrayna həmişə Azərbaycanla Ermənistan arasında bərabər məsafə saxlayıb. Buna görə də Kiyevi qınamaq olmaz. Çünki MDB ölkələri arasında bizə daha yaxın olan ölkələr də eyni davranış nümayiş etdirirlər və bunu siyasi etiket kimi qəbul etmək olar. Ola bilsin ki, hansısa dönəmdə də Ukrayna Ermənistana silah verib, lakin Kiyev Azərbaycana da silah satıb. Buna görə də biz Hovakim Arutyunyanın bu çıxışına çox da fikir verməməliyik. Çünki bu, Azərbaycanla Ukraynanın münasibətlərinin korlanması üçün tipik erməni hiyləsi ola bilər.

Əhəd Məmmədli: “Biz də Azərbaycan cəmiyyəti olaraq heç də Ukraynaya aşırı ümidlər bəsləməməliyik”.

Lakin bu məsələ ilə bağlı Ukrayna tərəfinin araşdırma aparması və bütün halalrda belə təxribat xarakterli bəyanata görə Arutunyan cəzalandırılmalıdır. Hətta belə bir “etirafa” görə Arutunyan Ukraynadan deportasiya olunmalıdır. Çünki ola bilər ki, Ukraynadakı erməni diasporunun lideri belə bir “etirafı” Rusiya kəşfiyyatının tapşırığı ilə eləsin. Bir daha qeyd edirəm ki. Bütün hallarda rəsmi Kiyev bu məsələyə aydınlıq gətirməlidir.

Amma biz də Azərbaycan cəmiyyəti olaraq heç də Ukraynaya aşırı ümidlər bəsləməməliyik. Çünki həmişə kiməsə, nəyəsə həddən artıq ümidlər bəslənəndə və bu ümidlər doğrulmayanda nəticəsi heç də yaxşı olmur. Bir daha təkrar edirəm ki, Ukrayna həmişə Azərbaycanla Ermənistan arasında bərabər münasibətlərini qoruyub-saxlamağa çalışıb. Bundan sonra da belə olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar