Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbin yeni və daha güclü düşməni - Kremlin “şef aşpazı”

Bu sadəcə çətin və diqqətçəkici bir adamın həyacanverici hekayəsi deyil…

Gassan Şerbil, “Şarkul Avsat” qəzetinin baş redaktoru
The İndependent qəzeti, Böyük Britaniya

Qərb tarixi tərəqqisindən, firavanlığından, sabitliyindən və xüsusən də donanmalarına və arsenallarına texnoloji üstünlüklər əlavə etməyə müvəffəq olduqdan sonra, öz leksikonunu və modelini tətbiq etmək cəhdləri ilə nəhəng bir təxribatçı qüvvəyə çevrilib.

Qərbə və onun hegemonluğuna qarçı düşmənçilik də qədimdir. Ona görə də Qərbi məhv etmək planları ikiqütblü düşərgə dünyasında olduğu kimi, “vahid supergüc” dövründə də mövcuddur.

Qərb indi əvvəlki dövrlərdə bildiyindən daha güclü bir düşmənin doğulduğunun şahidi olur.

Keçilməz çətiri və keçilməz toxunulmazlığı olan düşmən

O, Qərbin ilk düşməni adını qazanmazdan əvvəl “Kreml şef aşpazı” titulunu qazanmış “Vaqner” qrupunun lideri Yevgeni Priqojindir.

Ölkələri bir kənara qoysaq, son onilliklərdə bu, Qərbi istehlak cəhdləri və diqqəti oğurlayan bir neçə adla əlaqələndirilir.

70-ci illərdə Fələstin lideri Vadi Haddad dünyada Karlos kimi tanınan gənc venesuelalıya terror aksiyalarına dair tapşırılaq vermişdi. OPEK nazirlərinin girov saxlanıldığı aksiyadan sonra Karlos parlayan ulduza çevrilmişdi. Haddad isə onu ulduz olduğuna və diqqət mərkəzində olduğuna görə də cəzalandırmışdı.

Karlos Qərbi sıxışdırmışdı və Qərbin müxtəlif paytaxtlarında gizlənirdi. Karlosun hekayəsi isə Həsən ət-Turabi və Ömər əl-Bəşirin xəyanəti nəticəsində, Fransa ilə razılaşma müqabilində onu satdıqdan sonra sona çatdı. İndi o, Fransa həbsxanalarından birində qocalır.

Qərbin qanlı hücumlarla onu incidənlərə mərhəməti yoxdur. Usamə bin Laden Asiya və Afrikada Qərbi hədələyirdi və müharibəni Amerika torpağına gətirəcək qədər irəli aparmışdı.

ABŞ onu təqib edərək cəsədini balqlara yem etdi. Onun sağ əli və varisi Ayman əz-Zəvahiriyə də yazığı gəlmədi.

Qərbin əli uzundur. Əbu Bəkr əl-Bağdadi də Qərbi təhdid edirdi və Qərb də onun özünü və “dövlətini” yer üzündən silməklə cavab verdi.

ABŞ-la qarşıdurmada olan, onun səfirliyini və maraqlarını təhdid edən İran İnqilabı da Yaxın Şərqdə 4 xəritədə iz qoyan oyuncunu, Ali liderdən sonra ikinci adam sayılan general Qasem Süleymanini dövriyyəyə buraxdı. ABŞ-ın İraqdakı səhvlərindən və günahlarından istifadə edən Süleymani beynəlxalq sərhədlərə məhəl qoymayan və ya hiylə ilə keçən kiçik mobil ordular qurmuşdu. ABŞ Süleymaniyə də dözmədi. Onu Bağdad hava limanı yaxınlığında öldürdülər.

Qərbin başqa bir təhdiddçisi Muammar Qəddafi idi. Onun protokolunun rəhbəri Nuri əl-Mismaridən eşitmişdim ki, Amerika təyyarələrinin onun yataq otağına baş çəkməsinddən sonra daim çaxnaşma içində yaşayırdı.

Səddam Hüseynin Küveytin işğalını ABŞ özünün maraqlarına təhdid kimi qiymətləndirdi və cəzası ağır oldu.

Rusiyanın Ukraynadakı müharibəsi İkinci Dünya Müharibəsindən sonra Qərbə qarşı ən ciddi təhdiddir və və bu dəfə təhdid edən Rusiya adlı nüvə dövlətidir.

Əlbəttə, unutmamalıyıq ki, bugünkü Rusiya Sovet İttifaqının dağılmasının səbəbini Qərbin onu nümunəvi model və silah yarışları ilə sıxışdırmasının nəticəsi kimi görür. O, həmçinin sovet qatarından qaçaraq NATO-nun silahlarına keçən ölkələrin qütbləşməsini öz təhlükəsizliyinə, sabitliyinə və roluna qarşı təhdid forması kimi görür.
Təbii ki, Qərbin, Qərb modelinin və rəngli inqilablarının ilk düşməninin Vladimir Putin olduğuna inananlar da var.

Ancaq diqqəti çəkən xüsus odur ki, Qərb 10 il əvvəl Putinə xüsusi status, fövqəladə səlahiyyətlərə və bənzəri görünməmiş fəallığa malik rəqibə istədiyini etmək sərbəstliyi vermsidi.

"Vaqner" liderinin hekayəsi diqqətəlayiq və təəccüblüdür

Priqojin Peterburqda anadan olub. Bu adamı qeyri-ənənəvi rollardan başqa, hər hansı bir rolda təqdim etmək imkanım yoxdur.

O, zorakılıq və oğurluqda təqsirli bilinərək 1979-cu ildən 1988-ci ilə qədər həbsdə olub. Onu həmin illərdə rus mafiyası ilə əlaqələndirənlər də var. O, ümumi amnistiya çərçivəsində həbsdən azad edilib.

Qəribədir ki, o, azadlığa çıxdıqdan iki il sonra ilk restoranını, ardınca isə restoranlar şəbəkəsini açıb.

Gəmidə açdığı üzən restorana Putin bir dəfə qonağını, keçmiş Fransa prezidenti Jak Şirakı da aparmışdı.

Priqojinin Sankt Peterburqdakı mövcudluğu bir neçə il sonra müəmmalı şəkildə öldürülən şəhərin o zamankı meri Anatoli Sobçakın əvvəl köməkçisi, sonra isə müavini olan Putinin şimal paytaxtında olmasıya eyni vaxta təsadüf edib.

Priqojin maksimalistdir və onunla işləyənlər üzərində mütləq hakimiyyətə malikdir.

O, iddialı bir adamdır və o zaman Kremldə, daha sonra isə Müdafiə Nazirliyindəki ziyafətlərdə yemək vermək üçün razılıq əldə edə bilmişdi.

Sonra onu milyarder edən digər səxavətli müqavilələr gəldi. O, geri addım atmayan, ambisiyalarının qarşısında duranlara acımayan iş adamıdır.

10 il əvvəl o, Hitlerin sevimli bəstəkarı Vaqnerin adını daşıyan mühafizə şirkəti qurub.

Priqojin ABŞ-ın İraqda yerləşdirdiyi “Blackwater” özəl hərbi şirkətinin təcrübəsindən ilham alaraq daha irəli getdi. Öz işinə keçmiş əsgərləri, zorakılığı, pulu və macəra axtaranları cəlb etdi.

Priqojin təhlükənin ortasında yaşamağa fikir verməyən təşəbbüskar və sərt iş adamıdır. Yüksək qiymətə təhlükəsizlik xidmətləri təklif edir.

Məsələn, o, Suriya rejimi adından neft obyektlərinin bərpasına töhfə verib, onları yüksək qiymətə qorumaq vəzifəsini öz üzərinə götürüb.

Macəra hissi də onu Afrikaya aparıb. Onun qüvvələri almaz mədənlərini qoruyur və minalananlardan böyük pay alır.

Priqojin haqqında danışmaq keçmiş illərdə tabu idi və ölümlə nəticələnə bilərdi. Rus jurnalistləri onun qara qitəyə sızmasını araşdırmaq üçün Cənubi Afrikaya getməyə cəsarət edəndə onlar müəmmalı şəkildə güllələnərək öldürüldülər.

O, sadəcə olaraq təşəbbüskar bir iş adamı deyil. O, həm də qara qitədəki missiyada zalım döyüşçüdür və indi onun izləri Mali, Liviya və Burkina Fasoda görünür. Priqojin o ölkələrdəki Fransız varlığına zərbələr endirir.

Rusiyanın Ukraynadakı müharibəsi birdən-birə onun üçün qızıl fürsətə çevrildi. Rus ordusu ağasını məyus etdi, buna görə Priqojin zəngin bir mədənə, rus həbsxanalarına üz tutdu.

Minlərlə məhbusa Ukraynada döyüşmək üçün müqavilə imzalamaq şərti ilə əfv və ya cəzaların azaldılması vəd edildi.

Ağ Ev bildirir ki, “Vaqner”in Ukraynadakı “ordusu” 50 min döyüşçüdən ibarətdir.

Müharibə qəddarlıqdır. Xain və ya könülsüz döyüşçünün taleyi sinəsinə bir güllə, ya da başına enən çəkicdir.

Priqojinin qüvvələri nizami ordunu qısqandıracaq imkanlara malikdir. “Vaqner qrupu”na döyüş təyyarələri ilə yanaşı, ABŞAvropa seçkilərinə müdaxilə etməyə imkan verən kiber qüvvələr də daxildir.

Priqojin Rusiya ordunsunun Ukraynanın Soledar şəhərinin işğalında hər hansı rola iddia etməsinin qarşısını almaq üçün bu şəhərin duz mədənlərində poza verib.

Vaşinqton “Vaqner qrupu”u transmilli cinayətkar dəstə kimi təsnif edib. Amma bu qərar Priqojinin vecinə belə, olmayıb. O, nə Karlos, nə də Bin Laden, nə Bağdadi və Süleymanidir. O, Rusiyanın əzəmətinə, imicinə və arsenalına arxalanır və ABŞ-ın doğrudan onu birbaşa məhv etməsi çətindir.

Bu, təkcə sərt və diqqətəlayiq bir insanın maraqlı hekayəsi deyil. Bu, Ukrayna ərazisində açıq müharibə təhlükəsinin və ondan yaranacaq təhlükəli dünyanın bariz ifadəsidir.

Priqojinin təkcə “Çar”ın dostu olmadığını, hazırda prezidentin ətrafında mülki və hərbçi şəxslərin rəqabət apardığı yaxın çevrəsinin ən güclü adamı olduğunu deyənlər də var.

Bu iddiaçılar arasında hər gün dünyaya mümkün nüvə ziyafətini xatırladan və Qərbin “qısırlaşdırılmış itləri”nə xəbərdarlıq edən Dmitri Medvedyev də var…

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar