Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtomobil yollarında səhərə olan vəziyyət açıqlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar avtomobil yollarındakı vəziyyət haqqında məlumat yayıb...

PİA.az həmin məlumatı təqdim edir:

1 “ZƏFƏR yolu”: Yağıntı yoxdur, 10-12 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və bununla yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

2 Toğanalı - Kəlbəcər - İstisu: Qar yağmır, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 15-20 dərəcə şaxta müşahidə olunur. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər davam etdirilir.

3 Bakı - Quba: Yağıntı yoxdur, yolun SiyəzənŞabran rayonları ərazisindən keçən hissəsində 4-5, Quba və Qusa rayonları ərzisindən keçən hissəsində 8-10 dərəcə şaxta var. Yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində (92-95 km, Bakı istiqamətində) güclü külək yolun hərəkət hissəsində qar yığıntıları əmələ gətirmişdir ki, bu da nəqliyyatın hərəkətində çətinlik yaratmışdır. Cəlb olunmuş xüsusi təyinatlı texnika vasitəsilə yol qardan təmizlənmiş, nəqliyyatın hərəkəti bərpa olunmuşdur, yol boyu qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Xınalıq kəndi ərazisində 16 dərəcə şaxta var.

4 Giləzi - Xızı: Xızı rayonu ərazisində yağntı yoxdur. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər görülüb. Xızı rayonu ərazisində 8-10 dərəcə şaxta var. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

5 Bakı-Qobustan: Zəif qar yağır, yol qardan təmizlənir, bununla yanaşı duz-qum səpilir. Qobustan rayonu ərazisində 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

6 Qobustan - Şamaxı - Muğanlı: Zəif qar yağır, yol qardan təmizlənir, bununla yanaşı duz-qum səpilir. Şamaxı rayonu ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

7 Muğanlı – Ağsu-Yevlax: Muğanlı ərazisində zəif qar yağır, buzlaşmanın aradan qaldırılması ilə əlaqədar yola qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

8 Muğanlı - İsmayıllı: Muğanlı ərazisində zəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolun mailliyi cox olan hissələrindədə, körpülərdə və yolun meşə zolağından keçən hissələrində buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər görülüb. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

9 İsmayıllı - Qəbələ - Oğuz- Şəki: Yağıntı yoxdur, İsmayıllıQəbələ rayonları ərazisində 4-5 dərəcə şaxta var. Yolun İsmayıllı-Qəbələ hissəsində buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülüb. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

10 Yevlax - Şəki - Qax - Zaqatala: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

11 Şəmkir - Gədəbəy: Yağıntı yoxdur, hava dumanlıdır, Gədəbəy rayonu ərazisində 8-10 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

12 Gəncə - Daşkəsən: Yağıntı yoxdur, marşrut üzrə 13-17 dərəcə şaxta müşahidə olunur. Daşkəsən rayonu ərazisində hava dumanlıdır. Yolda buzlaşmaya qarşı qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

13 Ələt - Astara: Yol boyu yağıntı yoxdur, 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

14 MasallıYardımlı: Yardımlı rayonu ərazisində yağıntı yoxdur, 6-7 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Hərəkət təmin olunub.

15 LənkəranLerik: Lerik rayonu ərazisində yağıntı yoxdur, 8-9 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

16 Bakı - Ələt – HacıqabulUcarYevlax - Gəncə - Qazax: Zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

17. Hacıqabul – Bəhramtəpə – Horadiz: Hacıqabul rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

pia.az


Etiket: yollar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar