Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Respublika yollarındakı son vəziyyət açıqlandı

Zəfər yolunda qar yağır, 8-10 dərəcə şaxta var...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) respublikanın əsas avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb.

Bildirilib ki, Zəfər yolunda qar yağır, 8-10 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi üçün və bununla yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Toğanalı-Kəlbəcər-İstisu yolunda qar yağır, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Yolun qardan təmizlənməsi işləri aparılıb. Ömər aşırımına doğru yüksəkliyə qalxdıqca 15-18 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb.

Bakı-Qobustan yolunda qar yağır, marşrut boyu 2-8 dərəcə şaxta müşahidə olunur. Hava küləklidir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun Şabran, Quba və Qusar rayonları ərazisində 5-6 sm qar yağıb, hazırda zəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi işləri aparılıb, qum-duz səpilib. Xınalıq kəndi ərazisində 14 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı-Ağsu-Yevlax yolunda qar yağır, Ağsu dolaylarında yolun qardan təmizlənməsi işləri aparılıb, qum-duz səpilib. Muğanlı ərazisində 4-5 dərəcə şaxta var. Ağsu dolaylarında şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Bakı-Ələt-Hacıqabul yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul-Ucar-Yevlax yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yevlax-Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunda qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı-İsmayıllı yolunda qar yağır, 6-7 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolunda qar yağır, yolun İsmayıllı - Qəbələ hissəsində buzlaşma əmələ gəlib. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülüb. Şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. 5-7 dərəcə şaxta var. Yolun Qəbələ-Oğuz-Şəki hissəsində zəif qar yağır, körpülərdə və yolun meşə zolağından keçən hissələrində əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb. Yolda hərəkət təmin olunub.

Şəki-Qax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda qar yağır, marşrut boyu 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax-Şəki (Göybulaq) yolunda qar yağır, yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Marşrut boyu 1-2 dərəcə şaxta var.

Gəncə-Daşkəsən-Xoşbulaq yolunda marşrut boyu qar yağır, 10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəmkir-Gədəbəy yolunda marşrut boyu qar yağır, 10-11 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yolunda qar yağır, yolun Biləsuvar-Astara hissəsində yolun qardan təmizlənməsi işləri aparılır və qum-duz səpilir. 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı-Yardımlı yolunun Yardımlı rayonundan keçən hissəsində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lənkəran-Lerik yolunun Lerik rayonundan keçən hissəsində zəif qar yağır, 7-8 dərəcə şaxta var. 20 sm qar yağıb, gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Hacıqabul-Bəhramtəpə-Horadiz yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Giləzi-Xızı yolunun Xızı rayonundan keçən hissəsində güclü qar yağır. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb. Yağıntı davam edir marşrut boyu 5-7 dərəcə şaxta var. Sürücülərə şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

Qobustan-Şamaxı-Muğanlı yolunda qar yağır, gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb. Marşrut boyu 6-8 dərəcə şaxta müşahidə olunur. Hava küləklidir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

pia.az


Etiket: yollar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar