Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya azərbaycanlıları üçün tarixi zərurətdən doğan gün

Azərbaycan dövlətinin dünya azərbaycanlılarının birliyi üçün həyata keçirdiyi siyasət öz effektiv nəticəsini verib...

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü çoxmilyonluq Azərbaycan xalqının əziz bayramlarından biri olaraq müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların birlik rəmzidir. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu şərəfli ənənə gündən- günə daha geniş vüsət alır və azərbaycançılıq ideologiyasının həyata keçirilməsində əvəzsiz rol oynayır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü tarixinin ən xoş təsadüfi Azərbaycan respublikasının yenindən müstəqillik əldə etməsi ilə eyni ilə düşməsidir. Tarixi zərurətdən doğan gün olaraq bu, bir növ dünya azərbaycanlılarının həmrəyləməsi üçün öz müstəqil dövlətindən güc alması demək idi. Yəni həmrəyləşməyimiz üçün müstəqil olmağa ehtiyac var idi. Sevindirici haldır ki, düz 31 il öncə xaqlımız üçün əhəmiyyətli olan bu iki qərar reallaşdı.

Düz 31 il öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən Heydər Əliyevin imzasi ilə “Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü” bayramının təsis edilməsi haqqında qərar təsdiqlənib.

Həmin qərara diqqət etdikdə bu günün yaranmasının nə dərəcədə zəruri olduğunu görmək mümkündür: “Sovet imperiyası tərkibinə qatıldığı 70 il ərzində Azərbaycana qarşı müstəmləkəçilik siyasəti yeridilmiş, Azərbaycan xalqı təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalmışdır. İmperiya siyasəti dünya azərbaycanlılarını bir-birindən təcrid etmək məqsədi ilə pantürkizm məfhumunu şərq aləmində təhlükəli bir ideya kimi təqdim edərək, dünyada və Sovetlər İttifaqında yaşayan türkdilli xalqlar arasında əlaqələrin məhdudlaşmasına, kəsilməsinə cəhd göstərmişdi. Bu siyasətin təzahürü kimi sərhəd çəpərləri Azərbaycan xalqını parçalamışdır. Bütün bunlara baxmayaraq azərbaycanlılar milli dövlət, milli və mənəvi bütövlük, müstəqillik uğrunda mübarizəni davam etdirmişlər”.

Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olub. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.

Bu illər ərzində dünya azərbaycanlılarının həmrəyliyini daha da gücləndirmək və birliyini möhkəmləndirmək məqsədilə dövlət səviyyəsində əməli addımlar atılıb. Xarici ölkələrdə yaşayan soydaşlarımızın xalqımızın, millətimizin ümumi mənafeyi naminə təmasları xeyli intensivləşib. Nəticədə son bir neçə ildə bir çox xarici ölkələrdə Azərbaycan cəmiyyətləri birləşib, federasiyalar yaradılıb. Bu mütərəqqi tendensiya yenə də davam etməkdədir. Eyni zamanda, hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmvətənlərimizə və bütün soydaşlarımıza ünvanladığı müraciətdə bu yöndə işlərin indən belə daha da gücləndiriləcəyinə, yeni vüsət alacağına işarə vurulur, həmçinin əsas diqqət istifadə olunmamış potensialdan maksimum yararlanmağa yönəldilir: “Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Yaşadıqları ölkələrin ictimai-siyasi həyatına onların təsiri getdikcə daha artıq hiss olunur. Məmnunluq hissi ilə qeyd edirəm ki, Müstəqil Dövlətlər Birliyi ölkələrində, Avropada, Amerikada Azərbaycan icmaları və cəmiyyətləri əvvəlki dövrlərlə müqayisədə xeyli səmərəli fəaliyyət göstərirlər. Lakin o da xüsusi vurğulanmalıdır ki, onların geniş imkanları, istifadə olunmamış potensialı vardır və bu potensialdan milli maraqlar naminə maksimum yararlanmaq lazımdır”.
Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Bütün azərbaycanlıların milli birliyi üçün bu çox önəmli faktordur. Azərbaycan dövlətinin dünya azərbaycanlılarının birliyi üçün həyata keçirdiyi siyasət öz effektiv nəticəsini verib. Xüsusən 44 günlük Vətən müharibəsi günlərində biz bunun bir daha şahidi olduq. Bütün dünya azərbaycanlıları ayaqda idi və Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşmişdi.

Səyavuş Qasımov - Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar