Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elbaşı qanundan kənar elan olunub: Nazarbayev ifşa oluna bilər...

Qazaxıstan mətbuatında Nazarbayevin mühakimə olunacağı ilə bağlı manşetlər yayılır...

Əgər ötən ilin sonunda Nursultan Nazarbayev MDB sammitində hörmətli qonaq olurdusa və onun şərəfinə söylənən coşqulu çıxışları dinləyirdisə, bu il onun üçün o qədər də nikbin başa çatmayıb. Qazaxıstan parlamentariləri ölkənin birinci prezidenti haqqında qanunu ləğv etmək, onu təkcə Elbaşı titulundan (qazax dilindən - "Millət Lideri") deyil, həm də bütün imtiyazlardan məhrum etmək niyyətindədirlər. Hətta bundan əlavə, Qazaxıstan mətbuatında Nazarbayevin mühakimə olunacağı ilə bağlı manşetlər də olur. Onun rəqibləri hesab edirlər ki, birinci prezident və onun ətrafı “hər şeyə görə cavab verməlidir”. Digər qazaxlar xatırladırlar ki, indiki dövlətin əsasını bütün müsbət və mənfi cəhətləri ilə birinci prezident qoyub.

PİA.az xəbər verir ki, bu barədə NEWS.ru resursunun hazırladığı materialda bildirilir.

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev haqqında qanunun ləğvi ilə bağlı layihə dekabrın 28-də Qazaxıstanın Məclisi (parlamentin aşağı palatası) tərəfindən qəbul edilib. Deputatlar xatırladıblar ki, bu il iyunun 2-də ölkə konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumdan sonra Milli Məclisin sədri Yerlan Koşanov 2022-ci ilin sonuna kimi bu yeniliklərin qanun şəklini alacağına söz verib. Ekspertlər Elbaşının imtiyazlarının ləğvi haqqında qanunu əsas qanunlardan biri adlandırırlar, çünki bu qanun deyildiyi kimi, birinci prezidentin deskralifikasiyasına yönəlib. Ola bilsin ki, bu ilin sonuna kimi qanun artıq Məclisdən və Senatdan keçsin.

"Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbaşı haqqında" qanun hələ 2000-ci ildə qəbul edilib, lakin bir neçə dəfə bu qanuna Elbaşının mövqeyini gücləndirən müddəalar əlavə edilib. Qanuna əsasən, birinci prezident istefa verdikdən sonra ölkənin Təhlükəsizlik Şurasına rəhbərlik edib və Konstitusiya Şurasının üzvü olub. O, xalqa müraciət etmək, parlament qarşısında və hökumət iclaslarında çıxış etmək hüququnu özündə saxlayıb. Onun toxunulmazlığı var idi, bu o deməkdir ki, onu həbs etmək və ya saxlamaq olmaz. Toxunulmazlıq immuniteti Nazarbayevə və onunla birgə yaşayan ailə üzvlərinə məxsus bütün əmlaka şamil edilib.

O zaman bəzi siyasətçilər və ekspertlər Nazarbayevin xüsusi statusu və imtiyazlarını onun Qazaxıstandakı xidmətləri ilə izah edirdilər. Onların fikrincə, o, “dövlətin əsasının qoyulmasında” “tarixi rol” oynayıb. Elbaşının tərəfdarları onun "siyasi liderin yeni qazax modelinin - dünya siyasi tarixində fenomen”in əsasını qoyduğunu yazırdılar.

2019-cu il seçkilərində prezidentliyə namizəd Əmircan Kosanov NEWS.ru-ya müsahibəsində qeyd edib ki, son illər eks-prezidentin bir çox “həvəsli izləyiciləri” onun qızğın tənqidçilərinə çevrilib və hazırkı rəhbər Tokayevin qızğın pərəstişkarına çevriliblər.

“O zaman yalnız ən ümidsiz müxalifətçilər, sizin təvazökar bəndəniz kimi, hər şeyə qadir olan Nazarbayevi tənqid etməyə cəsarət edirdilər və bu səbəbdən də təqiblərə məruz qalırdılar”, deyə Kosanov bildirib.

“Birinci prezident haqqında qanuna gəlincə, bu, bir nəfərin şəxsi hakimiyyət rejiminin simvoludur. Qanun onu öz xalqından üstün tutdu, cəmiyyətin nəzarətindən və tənqidindən kənarda qalmasına imkan verdi. Məhz bu nəzarətsizlik və imkansızlıq Nazarbayevə ən mühüm dövlət qərarlarını təkbaşına qəbul etməyə imkan verdi və bu, ölkəni fəlakətə sürüklədi”, deyə müxalifətçi Kosanov 2019-cu ildə bildirmişdi.

Kosanovun sözlərinə görə, Qazaxıstanın ilk prezidenti 2019-cu ildə rəsmi olaraq vəzifəsini tərk edərək ölkədəki ən mühüm iqtisadi və siyasi qərarların arxasında durmağa davam edib. Üstəlik, qanun Nazarbayev ailəsinin üzvlərinə heç bir rəqabət olmadan, tez-tez basqı yolu ilə Qazaxıstanın ən varlı adamları olmağa imkan verirdi. Eyni zamanda, onlar ölkə rəhbərliyində iştirak edərək hakimiyyətin sülalə ötürülməsi forması üçün planlar hazırlayırdılar. Bu planlar demək olar ki, reallaşdı. Digər qanun Nazarbayevə bizneslə məşğul olan kvazi-dövlət fondları və digər qurumlar yaratmağa icazə verdi. Kosanov istisna etmirdi ki, Elbaşının imtiyazlarından məhrum edilməsi haqqında qanun layihəsi qəbul edildikdə, o və ailə üzvləri obyektiv ədalət mühakiməsi üçün kifayət qədər əlçatan ola biləcəklər.

MDB direktorunun müavini, politoloq Vladimir Jarixin NEWS.ru-ya müsahibəsində bildirib ki, Elbaşının imtiyazlarından məhrum edilməsi haqqında qanun Nazarbayevə qarşı deyil, hakimiyyəti bərpa etmək arzusunda olan revanşist qüvvələrə qarşı yönəlib.

“Bu qüvvələr artıq hakimiyyətdə deyillər, amma hələ də hakimiyyətin çevrəsindədirlər. Əgər Nazarbayev təqaüdə çıxıbsa, deməli, onun keçmiş ətrafından olan adamları yoxa çıxmayıb, ölkədə qalıblar. Birinci prezidentin statusuna qarşı qanun əsasən simvolik xarakter daşıyır, lakin o, hakimiyyəti Nazarbayevin adı ilə Qazaxıstanın hazırkı liderinin əlindən almaq istəyən qüvvələrə qarşı yönəlib”, deyə Jarixin qeyd edib.

Bununla yanaşı, qazaxıstanlı ekspertlər arasında Elbaşının hüquq və imtiyazları haqqında qanunun ləğvi ilə bağlı fərqli fikir var. Onun fikrincə, hakimiyyət Nazarbayevin formal yazışmalarından faydalanır. Görünür, onlar Qazaxıstan xalqını inandırmaq istəyirlər ki, ölkə tədricən birinci prezidentin qeyri-müəyyən irsindən xilas olur.

“Mövcud konstitusiyaya görə, Elbaşı mütləq hakimiyyətə malik olan simadır. Ona görə də “de-elbaşizasiya” ilə bağlı bütün bu müzakirələr nümayişkəranə xarakteri daşıyır. Nazarbayevin prezidentliyi dövründəki fəaliyyəti ilə bağlı parlament araşdırması aparılacaqmı? Mən düşünmürəm ki, Tokayev Nazarbayev və onun ailəsinə qarşı real təqiblərlə məşğul olacaqlar”, deyə politoloq Şalkar Nurseitov Telegram kanalında yazıb.

Qazaxıstan Prezident Tokayevin 2 iyul 2020-ci ildə yerli mətbuatda dərc olunmuş Nazarbayev haqqında “Tarixi şəxsiyyətin dərsləri” qazaxlar məqaləsini yaxşı xatırlayır:

“…Nursultan Abişeviçi sabahın üfüqündən kənara baxmağı bacaran görkəmli dövlət xadimi və nadir islahatçı kimi, bütün dünya ictimaiyyəti tərəfində haqlı olaraq tanınır və hörmətlə qarşılanır! O, müstəqil ölkənin tarixini öz əlləri ilə yaradan böyük şəxsiyyətdir! Elbaşının sayəsində Qazaxıstan beynəlxalq birliyin nüfuzlu və uğurlu üzvünə çevrilib”, deyə Tokayev öz məqaləsində yazıb.

Prezident Tokayev məqaləsində vurğulayır ki, çətin dövrlərdə xalqın birliyi və razılığının qorunub saxlanmasına, Qazaxıstanın bazar iqtisadiyyatına keçməsinə və qlobal iqtisadi proseslərin fəal iştirakçısına çevrilməsinə görə, məhz Nursultan Nazarbayev fenomeninə borcludur.

“İkinci prezidentin bu sözlərində, bir çox ekspertlərin qeyd etdiyi kimi, heç bir ikiüzlülük yox idi. Tokayev əslində Nazarbayevə hörmətlə yanaşır, ona respublikaya 30 illik rəhbərlik etdiyinə görə qiymət verir. Elbaşı haqqında qanunun ləğvi təşəbbüsü ölkədə öz siyasi reytinqini yüksəltməyə çalışan digər siyasi qüvvələrə məxsusdur”, deyə Qazaxıstan Rus Mədəniyyət Mərkəzi ictimai birliyinin rəhbəri Vsevolod Lukaşev NEWS.ru-ya müsahibəsində bildirib.

Bəzi insanları, xüsusən də kənardan maliyyə alanları inandırmaq çətindir ki, ölkə həqiqətən irəliyə doğru nəhəng sıçrayışlar edib və bu, Nursultan Nazarbayevin böyük xidmətidir. Birinci prezident statusundan məhrumetmə ilə bağlı hazırkı qanun layihəsi cəmiyyətimizin bütün bəlalarda guya günahkar olan adam axtaran hissəsinin çox xoşuna gələcək. Əslində sosial şəbəkələrdə səs verməyən əhalinin əksəriyyəti “günahkar kimdir?” yox, “nə etməli?” sualına cavab axtarır. Qazaxıstan dinamik inkişaf edən ölkədir. Günahkarları axtarmağın mənası yoxdur”, deyə qazaxıstanlı ictimai xadim bildirib.

Lukaşevin sözlərinə görə, Nazarbayevin tənqidini cəmiyyətin ondan narazılığının bir hissəsindən istifadə edən siyasi qüvvələr təşviq edir: “Unutmayaq ki, yaxın vaxtlarda Qazaxıstanda Senat və Məclisə seçkilər gəlir. Populizmlə isə səs toplamaq asandır”, deyə Lukaşev vurğulayıb.

İstənilən halda hazırkı qanun layihəsinin zərəri faydasından qat-qat çox ola bilər. Bunu kimin və hansı məqsədlə irəli sürməsindən asılı olmayaraq, Elbaşıya qarşı qanun taktiki problemləri həll etməyə qadirdir: revanşistləri cilovlamaq, seçkiqabağı reytinqi qaldırmaq, birinci prezidentin təkəbbürlü klanını ədalətli şəkildə cəzalandırmaq və s. Amma gələcək üçün bu təşəbbüs keçmiş prezidentlərə qarşı ölkə üçün təhlükəli olan repressiya ənənəsi yaradır. Baxmayaraq ki, eks-prezidentliyə namizəd Əmirjan Kosanov məsələnin belə bir bəyanatı ilə qismən razılaşsa da, o, belə bir ənənənin əleyhinədir, lakin birinci prezidentin hakimiyyəti ilə “hesablaşmaq gərəkdiiyinə” inanmır.

“Problem konkret vəziyyətlə bağlı nəzərdən keçirilməlidir. İndiki nəsil Nazarbayevin adı ilə bağlı hər şeyi emosiyalar və şırnaqsız, lakin çox əsaslı və obyektiv qiymətləndirməlidir. 30 il ərzində Elbaşı o qədər çox səhvlərə yol verib ki, bu səhvlər öz ağırlığı ilə ölkə üçün faciəvi nəticələrinə görə, onun bütün əvəzolunmaz xidmətlərini üstələyir. Bu, onun şəxsi və siyasi faciəsidir”, deyə siyasətçi bildirib.

Kosanov hesab edir ki, əsas məsələ Nazarbayevin hakimiyyətindən nəticə çıxarmaqdır. Onun şəxsi zənginləşməni və xalq atasının əbədi hakimiyyətini deyil, xalqın rifahını düşünərək tarixdə müdrik və ədalətli qalmaq şansı var idi.

“Qasım-Jomart Tokayev taleyin ona Qazaxıstanı idarə etmək fürsəti verdiyi vəsvəsələrdən qaça biləcəkmi? Hələlik onun missiyasını müəyyənləşdirməkdə ritorikası düzgündür, amma qazaxıstanlılar onun konkret hərəkətlərinə baxmalıdırlar”, deyə Kosanov bildirib.

Siyasətçi əmindir ki, Tokayev Nazarbayevin acı dərslərini nəzərə almalıdlr.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar