Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TƏBİB vətəndaşlara müraciət edib

Göndəriş vərəqəsi ödənişsizdir və vətəndaşdan göndərişin verilməsi üçün ödəniş tələb oluna bilməz...

TƏBİB vətəndaşlara müraciət edib.

Qurumdan bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 2550 sayda tibbi xidmət vətəndaşlar üçün ödənişsiz qarşılanır.

Qeyd olunub ki, həmin tibbi xidmətlər vətəndaşlara TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir.

"Vətəndaşlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslı ambulator tibbi xidmət (yalnız həkim müayinəsi. Məsələn, kardioloq və s.) üçün TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə birbaşa müraciət edə bilərlər. Burada vətəndaşa icbari tibbi sığorta çərçivəsində lazım olan tibbi xidmət ödənişsiz göstərilir.

Lakin bəzi hallarda vətəndaşın ehtiyacı olduğu tibbi xidməti onun müraciət etdiyi dövlət tibb müəssisəsində (Ailə Sağlamlıq Mərkəzi, poliklinika, xəstəxana və s.) göstərmək mümkün olmaya bilər. Bu halda müraciət edilən tibb müəssisəsi vətəndaşa TƏBİB-in tabeliyində olan digər dövlət tibb müəssisəsində həmin xidməti alması üçün göndəriş vərəqəsi təqdim edir. Nümunə ilə daha aydın izah edək. Məsələn, vətəndaş Xətai Tibb Mərkəzində həkim-uroloqa müraciət edir. Müayinə sonrası vətəndaşa böyrək daşı diaqnozu ilə cərrahi əməliyyat tövsiyə olunur. Lakin əməliyyat bu tibb mərkəzində icra olunmadığı üçün vətəndaşa həmin xidmətin göstərildiyi Kliniki Kibbi Mərkəzə göndəriş vərəqəsi verilir.

Məlumat üçün bildirək ki, hazırda dövlət tibb müəssisələrində yalnız stasionar şəraitdə (xəstəxanada yatış) göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsi tələb olunur. Bu göndəriş vərəqəsi həm ailə həkimi (sahə həkimi), həm də dar ixtisaslı həkim (məsələn, kardioloq) tərəfindən verilə bilər.

Vətəndaşa lazım olan tibbi xidməti TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində göstərmək mümkün olmadıqda isə Agentliyin müqavilə bağladığı tibb müəssisələrinə göndəriş verilir. Məsələn, vətəndaş Xətai Tibb Mərkəzinə həkim-otorinolorinqoloqa müraciət edir. Müayinə sonrası vətəndaşa frontit diaqnozu (alın nahiyəsində iltihab) ilə cərrahi əməliyyat tövsiyə olunur. Lakin bu əməliyyat həmin tibb mərkəzində və TƏBİB-in tabeliyində olan digər dövlət tibb müəssisələrində icra olunmadığına görə tibbi xidmətin göstərilməsi üçün vətəndaşa müqaviləli tibb müəssisələrindən birinə göndəriş vərəqəsi verilir.

Agentliyin müqaviləsi olan tibb müəssisələrində həm ambulator (həkim müayinəsi, analizlər, müxtəlif cihazlar vasitəsilə müayinələr və s.), həm də stasionar şəraitdə göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsi tələb olunur. Bu zaman göndəriş vərəqəsi dövlət tibb müəssisəsindəki dar ixtisaslı həkim tərəfindən verilir.

Göndəriş vərəqəsi ödənişsizdir və vətəndaşdan göndərişin verilməsi üçün ödəniş tələb oluna bilməz. Eyni zamanda vətəndaşın təklif olunan tibb müəssisələri arasından istədiyi birini seçmək hüququ var. O, göndəriş vərəqəsi əsasında yönləndirildiyi tibb müəssisəsində icbari tibbi sığortanın vəsaiti hesabına xidmətdən yararlanır. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf də Xidmətlər Zərfinə daxil olduğu halda ödənişsizdir. Göndəriş vərəqəsindən istifadə müddəti 10 gündür.

Məlumat üçün bildirək ki, təcili və təxirəsalınmaz tibbi yardım zamanı vətəndaşa həm dövlət, həm də Agentliyin müqavilə bağladığı tibb müəssisələrində dərhal tibbi xidmət göstərilir. Müqaviləli tibb müəssisəsi vətəndaşa xidmət göstərməsi barədə Agentliyə müraciət edir və həmin xidmət Xidmətlər Zərfinə daxildirsə, icbari tibbi sığorta vəsaiti hesabına qarşılanır. Beləliklə, vətəndaş tibbi xidməti ödənişsiz əldə etmiş olur".

pia.az


Etiket: TƏBİB


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Çin ABŞ-ni Ukraynada sülhə nail olmağa çağırıb

1988-ci il iyununda kəndin 3 sakinini faciəli şəkildə öldürdülər - Qərbi Azərbaycan Xronikası

“Əcəmi”də "səs-küy" salan obyektlərlə bağlı tədbir görüldü - Video

Göyçay Peşə Liseyindən 77 tələbə xaric edilib, direktor müavini və baş mühasib işdən çıxarılıb

Ən çox oxunanalar