Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tarixi hamam dağılmaq üzrədir - Video

XVIII əsrdən günümüzədək gəlib çatan “Təndir hamamı” hazırda uzun illərdir fəaliyyət göstərmir.

Baku TV-nin əməkdaşı tarixi hamamda olub. Qonşuların bildirdiyinə görə, məhz hamamın fəaliyyət göstərməməsi səbəbindən buranı tüfeyli həyat keçirənlər öz məskəninə çeviriblər. Hamamda kəskin üfunət iyi də hökm sürür.

Ətrafda yaşayanlar da hamamın acınacaqlı vəziyyətindən narahatdırlar. Sakinlərdən birinin sözlərinə görə, hamamın qapısı və darvazası olub, amma sındırıb, aparıblar.

Memar Elçin Əliyev isə bildirib ki, tarixi “Təndir hamamı” qısa zamanda restavrasiya olummasa, tamamilə dağıla bilər: “Bu, unikal memarlıq abidəsidir". 

Daxili İşlər Nazirliyindən (DİN) də məsələyə münasibət bildiriblər. DİN-in əməkdaşı Nurlan Əliyev qeyd edib ki, ərazi polisin nəzarəti altındadır.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli  deyib ki, “Təndir” hamamı yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi reyesterə daxildir: “Hazırda həmin hamam qəzalı vəziyyətdədir, bərpa olunmasına ehtiyac var”.

Daha ətraflı süjetdə:

pia.az 


Etiket: Hamam


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar