Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Modi: “Yaşamaq üçün müharibə aparmağa ehtiyac yoxdur”

Hindistanın baş naziri Yer kürəsindəki bütün problemlərin müharibəsiz həllinin mümkünlüyündən yazıb…

“Hindistanın dekabrın 1-də başlayacaq G20 sədrliyi Hindistanın qədim ənənələrindən birinin ruhunda keçiriləcək”.

PİA.az xəbər verir ki, bu barədə Baş nazir Nerendra Modi söz verib. Baş nazir bu barədə “Kommersant” qəzetinə Hindistanın “Böyük İyirmilik” qrupuna sədrliyinin başlanması ilə bağlı məqaləsində yazıb ki, yaşamaq üçün müharibə aparmağa ehtiyac yoxdur və bizim dövrümüz müharibələr dövrü olmamalıdır

Hindistanın baş naziri Nerendra Modi qeyd edir ki, bəşəriyyət bir tərəfin qazanmasının, digər tərəfin isə mütləq itirməsi ilə əlaqəli olduğu bir təfəkkürün girovuna çevrilib və bu təfəkkürü dəyişməyin vaxtıdır.

“Bu gün biz yaşamaq üçün mübarizə aparmalı deyilik, bizim dövrümüz müharibələr dövrü olmamalıdır!”, deyə Modi vurğulayıb. Baş nazirin fikrincə, dövlətlər birlikdə hərəkət etsə, istənilən ziddiyyətləri sülh yolu ilə həll etmək olar.

Xatırladaq ki, 2022-ci ilin sentyabrında ŞƏT-in Səmərqənd sammitində Modi Rusiya prezidenti Vladimir Putinlə şəxsi görüşündə də eyni fikri ifadə edib: “İndiki dövr müharibə dövrü deyil və biz bunu bir çox telefon danışıqları zamanı müzakirə etmişik. Bu gün bizim sülh yolunda necə irəliləyəcəyimiz barədə danışmaq imkanımız var”, deyə Hindistan lideri Putinə bildirmişdi.

Hindistanın hökumətinin başçısı “Kommersant” üçün yazdığı məqalədə sıfır məbləğli oyuna güvənməyin insan təbiətinə zidd olduğunu yazıb:

“Bəziləri etiraz edib deyə bilər ki, qarşıdurma və tamah insan təbiətindən başqa bir şey deyil. Mən bununla razı deyiləm. Əgər insanlar təbiətcə eqoist idilərsə, hamımızın əsas birliyini müdafiə edən çoxlu sayda mənəvi ənənələrin əsrlər boyu insanlar arasında populyarlığını necə izah etmək olar?”, deyə Modi sual edib.

Bu ənənələrdən biri Hindistanda məşhurdur, deyə baş nazir sözünü davam edib: “Ona görə, bütün canlılar və hətta cansız cisimlər eyni beş əsas elementdən - torpaq, su, od, hava və məkandan ibarətdir (“Pança Tattva”, beş element anlayışı). Bu elementlər arasında harmoniya - bizim içimizdə və aramızda - fiziki, sosial və ekoloji rifahımız üçün vacibdir”, deyə vurğulayıb.

Modi Hindistanın G20-yə sədrliyi müddətincə “bu universal birlik hissini inkişaf etdirməyə" çalışacağına da söz verib və məqaləsini bu ifadələrlə yekunlaşdırıb:

“Sədrliyimizin şüarı və mövzusu “Bir Yer, Bir Ailə, Bir Gələcək” olacaq. Bu, sadəcə bir şüar deyil. Bu gün bizim dünyadakı bütün insanların əsas ehtiyaclarını ödəmək üçün kifayət qədər istehsal imkanlarımız var”.

Redaksiyadan: Maraqlıdır, radikal millətçi və dini şüarlarla hakimiyyətə gələn Nerendra Modi bu gözəl fikirlərini, görəsən Pakistan və Kəşmirə də aid edir?

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar