Cümə axşamı, 09 Fevral 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gələn il ARDNF-in büdcəsində 2,4 milyard manat kəsir yaranacağı gözlənilir

Gələn il Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirlərinin bu ilin proqnozu ilə müqayisədə 43,1 % az - 8 990,9 milyon manat, büdcə xərclərinin isə bu ilin proqnozu ilə müqayisədə 1,8 % az - 11 392,3 milyon manat olacağı gözlənilir...

PİA.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, 2023-cü ildə ARDNF-in gəlirlərinin 6 571,4 milyon manatını və yaxud 73,1 %-ni neft-qaz satışından əldə olunacaq xalis gəlirlər təşkil edəcək. Eyni zamanda, Fond akrhesabı ödənişlərdən 4,3 milyon manat, trazitdən 23,6 milyon manat, bonus ödənişlərindən 800,8 milyon manat, vəsaitinin idarə olunmasından isə 1 590,9 milyon manat gəlir əldə edəcək.

Gələn il ARDNF-in xərclərinin 11 280 milyon manatını və yaxud 99 %-ni dövlət büdcəsinə transfertlər təşkil edəcək. Bundan başqa, Fond "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na 38,5 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət proqramı"na 36,7 milyon manat, idarə edilməsinə isə 37,1 milyon manat xərcləyəcək.

Beləliklə, 2023-ci ildə ARDNF-in büdcəsində 2 401,4 milyon manat kəsir yaranacaq (2022-ci ilin proqnozu 4 192 milyon manat qalıqdır).

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Çirkli köpək sürüsü” - Charlie Hebdo jurnalı redaksiyasının heyvaniliyi...

Səfir Türkiyənin ikinci əl paltarlarla bağlı qadağasının səbəbini açıqlayıb

Baydenin həyat yoldaşının Konqres zalında öpüşməsi amerikalıları heyrətə gətirib

Zəlzələ Türkiyədə seçkiyə necə təsir edəcək?..

Rusiya-Ukrayna müharibəsində Putinin həlledici səhvi nə olub?

Ərdoğan zəlzələ bölgəsinə gedib, axtarış-xilasetmə işlərinin gedişatı ilə tanış olub - Yenilənib

Türkiyədə növbəti zəlzələ baş verdi - Yenilənib

Azərbaycan Baş prokurorunun və onun müavinin səlahiyyəti artırılır

Ofisə basqın edən polis rəisinin qardaşı barədə qərar verildi

Türkiyədə zəlzələdə ölənlərin sayı 9057-yə çatıb, 52 979 nəfər yaralanıb - Yenilənib

Növbəti güclü zəlzələ İstanbulda olacaq - professor

Ən çox oxunanalar