Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad edilmiş ərazilərin bərpaolunan enerji potensialı açıqlanıb

Azərbaycanın azad edilmiş ərazilərinin günəş və külək enerjisi potensialı təxminən 10 000 MVt-a yaxındır...

Bunu “Report”a müsahibəsində sabiq rabitə və yüksək texnologiyalar naziri, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov deyib.

Ə.Abbasovun sözlərinə görə, bu Azərbaycanın ümumi tələbatından çoxdur:

“Bilirsiniz ki, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli 2620 nömrəli Sərəncamı var və bu sərəncama uyğun olaraq Nazirlər KabinetiAzərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nı təsdiq edib.

Bizim institutumuz bu plana uyğun olaraq azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin potensialının ölçülməsində aktiv iştirak edəcək. Bu isə ölkəmiz üçün çox vacib məsələdir".

Onun sözlərinə görə, bu gün Azərbaycanın bərpa olunan enerji mənbələrinə olan tələbat 7 900-8 000 MVt-dır: "Ona görə də bütün bunlar hamısı planlaşdırılmaldır. Artıq bizə tapşırılıb ki, kompüterlərin köməyi ilə mövcud potensialın riyazi hesablamasını, modelləşdirməsini aparaq və optimal variant təqdim edək”.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq mümkündür.

pia.az


Etiket: Əli Abbasov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar