Cümə axşamı, 09 Fevral 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Yaponiya ilə də müharibə etməyi planlayırmış…

Rusiya prezidenti Ukraynanın işğalından əvvəl Yaponiya ilə yerli hərbi münaqişə variantını nəzərdən keçirib…

PİA.az xəbər verir ki, belə bir sensasion iddia ilə Newsweek nəşri çıxış edib.

Nəşr Rusiya FTX-nın adı açıqlamayan keçmiş zabitinə əsasən bildirib ki, Rusiya prezidenti təkcə Ukrayna ilə deyil, Yaponiya ilə də müharibə etməyi planlaşdırıb.

Newsweek-in redaksiyasına ünvanlanan məktubda deyilir ki, Putin Ukraynanın işğalından əvvəl Yaponiya ilə lokan hərbi münaqişə variantını nəzərdən keçirib. Anonim müəllif qeyd edib ki, Yaponiya və Rusiyanın kəskin qarşıdurma və hətta müharibə mərhələsinə keçəcəyinə inam yüksək idi. Ancaq son nəticədə Yaponiya ilə deyil Ukrayna ilə müharibəyə başladıldı. Bu seçimin səbəi isə məlum deyil”, deyə məktubda deyilir.
Məktubda qeyd edilib ki, 2021-ci ilin avqustunda Kremlin “Yaponiya ilə yerli hərbi münaqişə üçün kifayət qədər ciddi planları var idi”. Bunun üçün hətta təbliğat tezisləri də hazırlanıbmış. Putin Ukrayna ilə olduğu kimi, Yaponiya hökümətinə də “faşist”, “nasisit” yarlığı vurmağı planlayırmış.

Lakin nəticə olaraq Rusiya rəhbərliyi bir neçə aydan sonra Ukraynanı işğal etmək qərarına gəldi.

Newsweek yazır ki, həmin məktubu Bellingcat araşdırmaçılarından olan Hristo Grozevlə təhlil edib. Grozevin sözlərinə görə, məktubu iki FTX əməkdaşına (hazırda çalşanvə sabiq) göstərib. Onlarda məktubda bəhs edilənləri təsdiq edib və bildiriblər ki, həmin məktubu onlarlb həmkarı yazıb.

Qeyd edək ki, 2921-ci ildə Kuril adalarına görə Rusiya ilə Yaponiyanın münasibətləri kəsin pisləşmişdi.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Çirkli köpək sürüsü” - Charlie Hebdo jurnalı redaksiyasının heyvaniliyi...

Səfir Türkiyənin ikinci əl paltarlarla bağlı qadağasının səbəbini açıqlayıb

Baydenin həyat yoldaşının Konqres zalında öpüşməsi amerikalıları heyrətə gətirib

Zəlzələ Türkiyədə seçkiyə necə təsir edəcək?..

Rusiya-Ukrayna müharibəsində Putinin həlledici səhvi nə olub?

Ərdoğan zəlzələ bölgəsinə gedib, axtarış-xilasetmə işlərinin gedişatı ilə tanış olub - Yenilənib

Türkiyədə növbəti zəlzələ baş verdi - Yenilənib

Azərbaycan Baş prokurorunun və onun müavinin səlahiyyəti artırılır

Ofisə basqın edən polis rəisinin qardaşı barədə qərar verildi

Türkiyədə zəlzələdə ölənlərin sayı 9057-yə çatıb, 52 979 nəfər yaralanıb - Yenilənib

“Moskva Arutunyan və Vardanyana təlimatlar verdi” - Hafiz Hacıyev

Ən çox oxunanalar