Çərşənbə, 06 Dekabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğana qarşı 5 qəpiklik məhkəmə işi açıldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kemal Kılıçdaroğlunu təhqir etdiyi üçün məhkəməyə verilib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP sədri Kamal Kılıçdaroğlunun vəkili Cəlal Çelik Ərdoğanın dünənki qrup toplantısında Kılıçdaroğluna qarşı işlətdiyi təhqiramiz ifadələrə görə məhkəməyə verildiyini açıqlayıb.

CHP sədri Kamal Kılıçdaroğlu AKP sədri Rəcəb Tayyib Ərdoğanın qrup toplantısında ona qarşı işlətdiyi “ləyaqətsiz, səfil, yazıq, alçaq, namərd, bacarıqsız, həyasız” kimi ifadələrə görə prezidentə qarşı 5 kuruşluk təzminat iddiası qaldırıb.

Kılıçdaroğlunun vəkili Cəlal Çelik sosial media hesabında bunları paylaşıb:

“Ədəbdən uzaq bir dilin məhsulu olan “ləyaqətsiz, səfil, yazıq, alçaq, namərd, bacarıqsız, həyasız” kimi sözlərə görə və eyni zamanda, rəhbərimiz Kılıçdaroğlunun: “Təzminatın məbləği müvafiq şəxsin xarakteri və dəyəri nəzərə alınmaqla müəyyən edilməlidir. Ərdoğanın şəxsiyyəti üçün daha əvvəl də təyin etdiyim 5 kuruşluk dəyəri dəyişəcək hər hansı bir dəyişiklik olmadığına görə yenidən 5 kuruşluk iddia qaldırın və bunları bəyan edin!”, təlimatlarına uyğun olaraq Ərdoğana qarşı 5 kuruşluk təzminat iddiası qaldırılmışdır!”

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xaricdən avtomobil gətirənlər üçün pis xəbər

Milli Məclis gələn il üçün yaşayış minimumunu təsdiqləyib

Ukraynalı əsgərin bu görüntüsü gündəm oldu - Video

Direktoru kabinetində öldürən polkovnik-leytenantın oğlu ilə bağlı qərar

Azərbaycanda yaxın günlərdə orta və böyük yaşlı əhalinin peyvəndlənməsinə başlanılacaq

Azərbaycan Mərkəzi Bankının baş direktoru vəzifəsindən azad edilib

Azər Əliyev: “Google”dan iş təklifi gələndə, dedim ki, yəqin spam mesajıdır” 

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, ayağı amputasiya edilib, araşdırma aparılır - Yenilənib

Türkiyəli mütəxəssisdən göz yaşları içində xəbərdarlıq: “Onların da taleyi Hatay və Maraş kimi olacaq…”

Ən çox oxunanalar