Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tokayev: “Biz Azərbaycanı öz müttəfiqimiz, strateji tərəfdaşımız hesab edirik” - Yenilənib + Foto

Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında görüş olub...

Prezidentlərin görüşü Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində baş tutub.

Görüşdə Qazaxıstan Prezidenti vurğulayıb ki, onun bu yaxınlarda Bakıya etdiyi səfərin yekunları Qazaxıstan-Azərbaycan münasibətlərində yeni səhifə açıb.

“Səfərinizə və sammitin işində iştirakınıza görə sizə təşəkkür etmək istərdim. Mən ikitərəfli münasibətlərə ayrıca toxunmaq istərdim. Bakıya səfərim zamanı göstərdiyiniz qonaqpərvərliyə görə sizə minnətdarlığımı bildirirəm. Danışıqlarımız məhsuldar keçdi və xaricdəki siyasi və iqtisadi dairələrin diqqətini cəlb etdi. Biz Azərbaycanı öz müttəfiqimiz, strateji tərəfdaşımız hesab edirik. Biz həmişə bu xəttə sadiq qalacağıq”, - deyə Kasım-Jomart Tokayev bildirib.

Qazaxıstan Prezidenti bəyan edib ki, Azərbaycan təkcə özünün yerləşdiyi regionda deyil, həm də daha geniş coğrafiyada böyük rol oynayır:

“İndi bizim gündəmimizdə “Orta Dəhliz” adlanan nəqliyyat dəhlizinin inkişafı durur. Biz bu iş formatının davam etdirilməsində maraqlıyıq”.

Görüşdə Qazaxıstan prezidenti mədəni-humanitar sahədə uğurlu qarşılıqlı fəaliyyəti, o cümlədən Qazaxıstan və Azərbaycanın tarixi və mədəni dəyərlərinin təbliği istiqamətində bir sıra birgə layihələrin həyata keçirilməsini yüksək qiymətləndirib.

“Biz görkəmli Azərbaycan dövlət xadimi Heydər Əliyevin adını daşıyan küçənin başqa yerə köçürülməsindən danışdıq. Hesab edirəm ki, bizim paytaxtda daha layiqli yer var. Belə bir yer artıq tapılıb, mən onu təsdiq etdim. Sonrası isə artıq zaman məsələsidir”, - deyə Kasım-Jomart Tokayev vurğulayıb.

***

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidentİlham Əliyevin Astanada Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.

Bununla bağlı məlumat Qazaxıstan Prezidentinin rəsmi saytında yerləşdirilib.

Görüş Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası çərçivəsində baş tutub.

pia.az 

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar