Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda keçmiş nazirin 210 obyekti aşkarlanıb

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın (2008-2018) hakimiyyəti dövründə ölkənin Dövlət Gəlirləri Komitəsinin sədri və maliyyə naziri olmuş Qaqik Xaçatryanın 210 obyekti aşkarlanıb...

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğundan bildirilib.

Keçmiş nazirin obyektlərindən 60-ı paytaxt İrəvanda yerləşir.

Prokurorluq hesab edir ki, Q.Xaçatryanın və ona bağlı olan şəxslərin əmlakı müsadirə olunmalıdır. Bundan əlavə, prokurorluq 14 avtomobilin və 40 milyard dramdan çox pulun (99 milyon 441 min dollar) müsadirə edilməsi tələbini də irəli sürüb.

Xatırladaq ki, Q.Xaçatryan və oğulları Ermənistanın Cinayət Məcəlləsini pozaraq rüşvət almaqda ittiham olunurlar. Q.Xaçatryan əhəmiyyətli vəzifələrinə görə “super nazir” kimi tanınır. O, 2008-2014-cü illərdə Dövlət Gəlirləri Komitəsinin sədri, 2014-cü ildən 2016-cı ilə qədər isə maliyyə naziri vəzifələrində çalışıb. Sabiq məmur 2019-cu ilin 30 avqustunda həbs edilib. O, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.

Q.Xaçatryan S.Sarkisyanın (2008-2018-ci illər) komandasının əsas siyasi fiqurlarından olub.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

Ən çox oxunanalar