Çərşənbə, 06 Dekabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Taleyimdə bir açılmaz düyün var..."- Paşa Talıblıdan yeni şeirlər

Umacağım az deyil...

...söz əritdi ürəyimin yağını,
ürəyimi damar-damar üzdü söz.
Daha getdi lap sonacan mənimki...
Eh...mənimki axıracan sözdü, söz!

...bu dünyadan umacağım az deyil!
Verən elə bir söz verdi - götürdüm...
...gör-götürdü sən də götür-gör dedi!
Sözə baxdım mən də gördüm, götürdüm...

...söz əlində düyün düşdü taleyim;
taleyimdə bir açılmaz düyün var.
...verən elə bir söz verdi - götürdüm!
Daha mənim sözdən özgə nəyim var?
Amma yeni umacağım az deyil...


***
(Emil Rasimoğluna...)

...sən indi hardasan, Emil?
Bilərəm şəklini çəksən!..
...payız yanında deyilmi?!
Eh...yoxsa, yenəmi təksən?

...min ildi təksən, bilirəm!
Aydımı gecə görünsün?
...hamının içində, qardaş,
tək olan necə görünsün?

...hər şeyə gözüm açıqdı -
baxıram...yəni görmürəm!
...sən indi hardasan, Emil?
Mən axı səni görmürəm!

...suyu şor, havası ağır
söz cücərərmi alında?
...çıx, səni görüm, qardaşım,
bəri çıx, sözün dalından!

...sonramı?..sonra da çıx get!
Mən gəlib sənə çataram...
...görünən dağın dibidi!
...öldüyüm günə çataram!


Gəncə qapıları...
bir tayı Kutaisidədir

...özümüzdən olub bizə olanlar!
Allahdan gələn də gəlib həmişə.
...oğrular həmişə yad eldən gəlib,
oğurlanan bizdən olub həmişə.

...bilmədik yad kimdi, yadelli kimdi,
yaxşı tanımadıq biz o yanları.
...gözü qapımızda oynayıb elə,
özü qapımızda oynayanların.

Qapı Gəzənlərdi bu oynayanlar;
düşüb qapı-qapı gəziblər elə!
...bir az o qapıdan oğurlayıblar,
bir az bu qapıdan kəsiblər elə!

Tapıb qapımızı Qapı Gəzənlər...
Görəsən, nə tapdı yad qapımızda?
Eh...hələ bir tayı yad qapıdadı,
hələ yad qapıda bir qapımız var!


Keçdim, başımı buladım...

...sən Tanrısan, mən-qərib!
Əlini verdinmi, Tanrım?
Bilmədim sənmi böyüksən,
verdiyin dərdinmi, Tanrım!

...hara vardım - sən qarşımda,
qara gözümdə, qaşımda!
...Tanrı sevdası başımda -
fərqinə vardınmı, Tanrım?

...ovqatın ala-buladı,
keçdim, başımı buladım!
...uladım, qurdtək uladım!
Səsimi gördünmü, Tanrım?

Paşa Talıblı
Azərbaycan Yazıçılar Birliyinin üzvü

pia.az 


Etiket: Paşa Talıblı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xaricdən avtomobil gətirənlər üçün pis xəbər

Milli Məclis gələn il üçün yaşayış minimumunu təsdiqləyib

Ukraynalı əsgərin bu görüntüsü gündəm oldu - Video

Direktoru kabinetində öldürən polkovnik-leytenantın oğlu ilə bağlı qərar

Azərbaycan Mərkəzi Bankının baş direktoru vəzifəsindən azad edilib

Azərbaycanda yaxın günlərdə orta və böyük yaşlı əhalinin peyvəndlənməsinə başlanılacaq

Azər Əliyev: “Google”dan iş təklifi gələndə, dedim ki, yəqin spam mesajıdır” 

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, ayağı amputasiya edilib, araşdırma aparılır - Yenilənib

Türkiyəli mütəxəssisdən göz yaşları içində xəbərdarlıq: “Onların da taleyi Hatay və Maraş kimi olacaq…”

5 hektar meşə ərazisinin satılması ətrafında böyük qalmaqal: “Külli miqdarda rüşvət alınıb”

Ən çox oxunanalar