Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni qanun layihəsində mübahisəli məsələlər - Partiya sədrlərinin düşüncələri...

“Siyasi partiyalar haqqında” qanun layihəsindəki mübahisəli məsələlərlə bağlı Partiya sədrləri nə düşünürlər...

Hafiz Hacıyev: “Siyasi partiyaların üzvlərinin 10 min nəfər olmaları hələ azdır. Mən təklif edərdim ki, hansı partiyaların 30-40 min üzvü varsa, o partiyalar qeydiyyatdan keçsin”.

Tural Abbaslı: “Düşünmürəm ki, siyasi partiyaların boykot hüququndan məhrum edilməsi ciddi məsələdir. Çünki inanmıram Azərbaycan hansısa siyasi partiya dalbadal hansısa seçkiləri boykot etsin”.

“Siyasi partiyalar haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə edilir. Layihədə bir çox məsələsr mübahisə doğurur. Onlardan biri siyasi partiyaların boykot hüququndan məhrum edilməsi, digəri siyasi partiyaların qeydiyyatsız fəaliyyət göstərə bilməməsi ilə bağlıdır. Siyasi partiyaların üzvlərinin 10 min nəfərə çıxarılması da problem olaraq görünür.

Layihəyə əsasən, siyasi partiyanı Azərbaycan ərazisində son 20 il daimi yaşayan tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı təsis edir.

Siyasi partiya fəaliyyətini müvəqqəti dayandıra bilər. Bu barədə qərarı (fəaliyyətin dayandırıldığı müddət dəqiq göstərilməklə) siyasi partiyanın qurultayı qəbul edir.

Apellyasiya məhkəməsi icra hakimiyyəti orqanının iddiası əsasında partiyanın fəaliyyətini 1 il müddətinə dayandıra bilər.

Hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyanın fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət dövrü başa çatanadək dayandırıla bilər.

Siyasi partiya qurultayın və ya məhkəmənin qərarı əsasında ləğv edilə bilər.

Siyasi partiyanın sədri və sədr müavinləri yalnız Azərbaycan ərazisində son 20 il daimi yaşayan partiyanın üzvləri sırasından seçilə bilər.

Ümumilikdə “Siyasi partiyalar haqqında” qanun layihəsini necə dəyərləndirmək olar və mübahisəli məsələlərlə bağlı partiya sədrləri nə düşünürlər?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və AĞ Partiya sədri Tural Abbaslı ilə müzakirə edib.

Hafiz Hacıyev: “Mənim vaxtı ilə partiyadan qovduğum insan indi gedib partiya yaradıb, gəlib bizim sırada otura bilməz. Bunların hamısını biz nəzərə almalıyıq”.

Qeydiyyatdan keçməyən partiyaların fəaliyyətlərinin də qəti-qadağan edilməli olduğunu vurğulayan Müasir Müsavat Partiyasının sədri PİA.az-a açıqlamasında qeyd edib ki, onlar partiya adı ilə gedib başqa dövlətlərin səfirləri ilə görüşlər. Səfirlər də elə bilirlər o partiyaların xeyli üzvlərinin var:

“Siyasi partiyaların üzvlərinin 10 min nəfər olmaları hələ azdır. Mən təklif edərdim ki, hansı partiyaların 30-40 min üzvü varsa, o partiyalar qeydiyyatdan keçsin. İndi yerindən duran bir partiya yaradır. Sovetlər dövründə hərə bir kooperativ açmışdı, indi Azərbaycanda partiya yaratmağı da onun gününə salıblar. Buna görə də düşünürəm ki, partiyaların üzvlərinin 10 min olması maddəsi çox yaxşı maddədir. Mənim vaxtı ilə partiyadan qovduğum insan indi gedib partiya yaradıb, gəlib bizim sırada otura bilməz. Bunların hamısını biz nəzərə almalıyıq.

Eyni zamanda qeydiyyatdan keçməyən partiyaların fəaliyyətləri də qəti-qadağan edilməlidir. Çünki onlar partiya adı ilə gedib başqa dövlətlərin səfirləri ilə görüşlər. Səfirlər də elə bilirlər o partiyaların xeyli üzvlərinin var. Bunların hamısı yolverilməz haldır. Düşünürəm ki, “Siyasi partiyalar haqqında” qanun layihəsi lazımlı bir layihədir. Layihədəki müddəaların hamısı əsaslıdır. Müasir Müsavat Partiyasını hələ ki, qanun layihəsi qane edir. Amma biz də müzakirələrdə iştirak edəcəyik və öz fikirlərimizi bildirəcəyik.

Hafiz Hacıyev: “Arzu edərdim ki, “Siyasi partiyalar haqqında” qanun layihəsi müəyyən düzəlişlər edilməklə qəbul edilsin”.

O partiyalar narahat olacaq ki, onların heç bir sosial bazası yoxdur. Müasir Müsavat Partiyası isə 4 dəfə prezident seçkilərində iştirak edən partiyadır. Bundan əlavə parlament seçkilərində partiyamızın rayon təşkilatları, müavinləri iştirak ediblər. Partiyamızı təmsil edənlər kifayət qədər də səs toplaşmışdılar. Amma Ramiz Mehdiyev imkan vermədi ki, bizim partiya parlamentdə təmsil olunsun.

Elə partiya sədrləri var ki, televiziyada başqa dövlətləri hədələyirlər. Biri deyir İranı dağıdacam, biri başqa dövlətin ünvanına hədələr yağdırır. Bu cür adını partiya sədrləri qoyanlar Azərbaycan cəmiyyətində, partiya adını daşıyan insanların siyahısında olmamalıdır. Arzu edərdim ki, “Siyasi partiyalar haqqında” qanun layihəsi müəyyən düzəlişlər edilməklə qəbul edilsin.

Onu da qeyd edim ki, Müasir Müsavat Partiyası rayon təşkilatları ilə “Siyasi partiyalar haqqında” qanun layihəsini dünən videokonfrans şəkildə müzakirə edib. Bildirim ki, Biləsuvar rayon təşkilatının sədri 1998-ci ildən partiyamızın üzvüdür və təşkilat sədridir. O konfransda Biləsuvar rayonundakı fəaliyyətindən və üzvlərindən danışdı. Partiyanın Qazax rayon təşkilatının sərdi 2006-cı ildən partiyanın üzvüdür və təşkilat sədridir. O da öz rayonunda olan partiya üzvlərin sayından danışdı. Həmçinin Nərimanov rayon təşkilatı, Tərtər rayon təşkilatı, Goranboy rayon təşkilatı, Gəncə şəhər təşkilatı, Qəbələ şəhər təşkilatı, Lənkəran şəhər təşkilatı, Bərdə şəhər təşkilatı, Yevlax şəhər təşkilatı videokonfransda iştirak etdilər.

Hafiz Hacıyev: “Rayon təşkilatlarının əsas narazılıqları rayonlarda keçirmək istədikləri görüşlərə rayon başçılarının imkan verməməkləri oldu”.

Biz qanun layihəsinin ilkin mərhələsini müzakirə etdik. Qanun layihəsində üzvlərin qəbul edilməsinin rəsmiliyi qeyd olunub. Müasir Müsavat Partiyası həmişə üzvlərini şəxsiyyət vəsiqəsi və şəkilləri ilə qəbul edib, onlara nömrəylə də üzvlük vəsiqəsi verib. Eyni zamanda partiyanın rayon təşkilatları da qanun layihəsini dəstəklədiklərini qeyd etdilər. Onlar 1998-ci ildən bu yolda olduqlarını vurğuladılar. Rayon təşkilatlarının əsas narazılıqları rayonlarda keçirmək istədikləri görüşlərə rayon başçılarının imkan verməməkləri oldu. Həm də onlar tədbirlərə çağrılmamaqlarını dilə gətirdilər.

Partiyanın rayon təşkilatlarının narazı olduqları əsas məsələlərdən biri də qərargahlarının olmamasıdır. Onlar evlərində, çayxanalarda iclas keçirirlər. Buna görə də onların gördükləri işləri görən yoxdur. Elə düşünürlər ki, partiyamızın rayonlarda təşkilatları yoxdur. Bizim 63 rayonda təşkilatlarımız var. Amma bizim rayonlarda təşkilatların yeni qurulması, yaxud da sədrlərin dəyişdirilməsi ilə bağlı icra hakimiyyətlərinə göndərdiklərimiz məktublara da cavab gəlmir. Sabunçu rayon təşkilatının sədri də bu problemi bildirdi”.

Tural Abbaslı: “Qanunvericiliyin bu yöndə olmasını doğru hesab etmirəm. Çünki bu daha çox partiyaları nəzarətə götürmək, partiyaların fəaliyyətini nəzarət altına almaq üçün yazılan bir layihəyə oxşayır”.

Siyasi partiyaların üzvlərinin 10 min nəfərə çıxarılmasının problemli məsələ olduğunu qeyd edən AĞ Partiya sədri PİA.az-a bildirib ki, eyni zamanda “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində problemli başqa məsələlər də var:

““Siyasi partiyalar haqqında” qanun layihəsi 20 səhifədir. Düşünürəm ki, orada kifayət qədər dəyişdirilməli olan maddələr var. Düşünmürəm ki, siyasi partiyaların boykot hüququndan məhrum edilməsi ciddi məsələdir. Çünki inanmıram Azərbaycan hansısa siyasi partiya dalbadal hansısa seçkiləri boykot etsin.

Əslində, Azərbaycanda baykot və qatılmama məsələləri ayrılmalıdır. Siyasi partiyaların üzvlərinin 10 min nəfərə çıxarılması problemli məsələdir. Eyni zamanda “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində problemli başqa məsələlər də var.

Tural Abbaslı: “Bizim gözlədiyimiz odur ki, siyasi partiya sisteminin güclənməsi, çoxpartiyalı sistemin inkişaf eləməsi istiqamətində addımlar atılsın”.

Düzdür, AĞ pPrtiya bu öhdəliklərə cavab verən partiyalardan biridir. İstər say məsələsi, istərsə də başqa məsələlərdə partiyamızın çəkinəsi heç bir hal yoxdur. Amma, ümumən qanunvericiliyin bu yöndə olmasını doğru hesab etmirəm. Çünki bu daha çox partiyaları nəzarətə götürmək, partiyaların fəaliyyətini nəzarət altına almaq üçün yazılan bir layihəyə oxşayır.

Bizim gözlədiyimiz odur ki, siyasi partiya sisteminin güclənməsi, çoxpartiyalı sistemin inkişaf eləməsi istiqamətində addımlar atılsın. Yeni layihədə bu istiqamətdə təkliflər çox azdır. Bu baxımdan güman etmirəm ki, növbəti dinləmələrdə partiyaların mövqeləri və cəmiyyətin fikirləri nəzərə alınaraq layihədə dəyişikliklər ediləcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

DİN-dən xaricə getmək istəyən şəxslərə xəbərdarlıq 

Bakıda keçiddəki məşhur ticarət mərkəzi bağlandı - Foto

Ən çox oxunanalar