Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dörd Avropa ölkəsi rusiyalıların öz ərazilərinə girişini qadağan etdi

Estoniyanın xarici işlər naziri açıqlama verib...

Estoniya rusiyalıların Aİ ölkələrindən hər hansı birinin verdiyi Şengen vizası ilə ölkə ərazisinə girişini qadağan edir. Bu qərar sentyabrın 19-dan qüvvəyə minəcək.

Bunu Estoniyanın xarici işlər naziri Urmas Reynsalu deyib.

“Sentyabrın 18-dən 19-na keçən gecə hansı ölkədən Şengen vizası almasından asılı olmayaraq Rusiya vətəndaşlarının Şengen xarici sərhədi vasitəsilə Estoniyaya girişinə qadağa qoyulacaq. Bu qərar qeyd edilən tarixdə qüvvəyə minəcək. Estoniyaya gəlməyin, burada xoş qarşılanmırsınız”, - deyə Urmas Reynsalu qeyd edib.

Estoniya xarici işlər nazirinin sözlərinə görə, eyni gündə Litva, Latviya və Polşa da oxşar qadağa tətbiq edəcək. Sentyabrın 7-də Latviyanın xarici işlər naziri Edqar Rinkeviç bəyan edib ki, Baltikyanı ölkələr Rusiya və Belarus sərhədlərindən rusiyalıların öz ərazilərinə girişini məhdudlaşdıracaq. İstisnalar yalnız yük maşını sürücüləri, diplomatlar, eləcə də ailə məsələləri və humanitar səbəblərdən Baltikyanı ölkələrin ərazisinə daxil olanlara şamil ediləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Pavel Durova görə 17 milyard dollarlıq müqavilə ləğv edilir?

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Ən çox oxunanalar