Bazar, 01 Oktyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qış gəlməmiş quru meyvələr bahalaşdı: Onun da mövsümünü gözləməyə gərək var? 

“Mağazalarda quru meyvələrin bahalaşması, əslində, bir tərəfdən başadüşüləndir. Çünki həmin məhsulların maya dəyəri artıb. Kənd təsərrüfatı məhsullarında mövsüm dövrünün olmasına baxmayaraq, quru meyvələrin maya dəyərinin qiyməti düşmür”.

Bu sözləri quru meyvələrin bahalaşması ilə bağlı Oxu.Az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Xatırladaq ki, ərzaq məhsullarının qiymətində artım hələ də davam edir. Müşahidə etsək, bunun təkcə bizdə yox, bütün ölkələrdə olduğunu görərik. Mağazalarda quru meyvələrin də bahalaşdığı nəzərə çarpır. Belə ki, ərik qurusunun bir kiloqramının qiyməti 6,50 AZN idisə, artıq 7,50; kiloqramı 5,90 AZN-ə olan kişmiş isə 7 manata satılır.

Bəs görəsən, quru meyvələrin qiymətinin artmasının səbəbi nədir?

İqtisadçının sözlərinə görə, mövsüm dövründə qiymətlər aşağı düşməlidir:

“Bununla bağlı bizim xüsusi bir araşdırmamız yoxdur. Hazırda mövsüm sonudur. Bir sıra quru meyvələr Azərbaycana xüsusən İran kimi ölkələrdən idxal olunur. İdxalda bahalaşma qaçılmazdır. Həmin məhsulların maya dəyəri, nəqliyyat xərcləri artıb. Bu da müəyyən mənada öz təsirini göstərir.

Qış mövsümü gəlir. Quru meyvələr üçün tədarük indidən başlayır. Lakin burada qiymətlər azalmır. Qiymətlər düşmürsə, təbii ki, bu, artıq tədarükçüləri vadar edir ki, əllərində olan məhsulu daha optimal şəkildə (yəni baha) bazara təqdim etsinlər. Bütün bu amillərin birləşməsi fonunda biz bazarlarda daha baha qiymətə məhsulların təşviq edilməsinin şahidi oluruq”.

R.Həsənov qeyd edib ki, tələbin azalması müəyyən mənada qiymət artımı təzyiqlərini neytrallaşdıracaq:

“Bahalaşmanın nə vaxt bitəcəyini bilmək çox çətindir. Sürətli bahalaşmanın bir sonu olacaq. Xüsusilə də neftin qiymətlərinin azalması istiqamətində müəyyən bir dinamika müşahidə olunur. Əhalinin alıcılıq gücündə təzyiqlər var. Bütün bunlar hamısı tələbin azalmasını şərtləndirəcək.

Bu gün bütün ölkələrdə, o cümlədən də Azərbaycanda, bütün sahələrdə istehsal qiymətləri daha yüksəkdir. Çünki məhsulun maya dəyəri daha çox artıb. İstehlak qiymətlərinin indeksi istehsal qiymətindən xeyli geri qalır. Bu, narahatlıq doğurur. Bir müddət bu artımları müşahidə edəcəyik”.

Ekspert Xalid Kərimli isə əlavə edib ki, qiymətlərin artımında əsas amil xərclərin bahalaşmasıdır:

“Ərzaq qiymətlərinin artımı hazırda ümumi inflyasiyanın əsas aparıcı qüvvələrindəndir. Ərzaq qiymətlərinin artımı həm xidmətlərin, həm də qeyri-ərzaq məhsullarının qiymətindən iki dəfə daha üstündür. Quru meyvələr də ərzaq məhsulları qismindədir.

Meyvə-tərəvəzin bahalaşmasının bir çox səbəbləri var idi: Həm daxili, həm də xarici amillər. Dünyada baş verən proseslərin də öz təsiri oldu. Fermerlər məhsulu əvvəlki xərclə istehsal edə bilmirlər. Əsas budur.

Ötən ay artım ləngisə də, fəsillə əlaqədar olaraq, qiymətlərin stabilləşməyinə dair bir gözlənti yoxdur. Mərkəzi banklar da qiymət artımı ilə mübarizə aparırlar. Lakin hələlik uğurlu deyillər. Yaxın aylarda qiymət artımı, yəqin ki, davam edəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Araik yaxın günlərdə Bakıya gətiriləcək - Polkovnik açıqlandı 

Azərbaycan Milli Qəhrəmanı Riad Əhmədov İkinci Fəxri Xiyabanda dəfn olunub - Yenilənib

Movses Akopyan: “Azərbaycan məni də tələb edəcək”

Bayrağı Riad Əhmədovun xanımına Əli Nağıyev təqdim etdi - Video

Şərafət Həsənov açıqladı: Vətənin igid oğlu Riad Əhmədov necə şəhid oldu? - Video

Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub

Kəlbəcərdə şəhid olan əsgərimiz harada dəfn olunacaq?

31 ildən sonra meyitinin qalıqları Şuşada tapılan şəhid Şamaxıda dəfn edilib - Yenilənib

Xocavənddə müsadirə edilən artilleriya qurğularının videogörüntüləri yayılıb

Milli Qəhrəman Riad Əhmədovun adını indi nəvəsi daşıyır - Video

Türkiyə XİN: "Ölkəmizi və Azərbaycanı hədəf seçən radikal erməni diasporunun fəaliyyəti narahatedicidir" - Yenilənib

Ən çox oxunanalar