Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İcra hakimiyyətləri özlərini doğrultmur” - Hafiz Hacıyev

İcra başçıları öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər...

Müasir Müsavat Partiyasının sədri: “Yeni təyin olunan icra başçıları özlərindən əvvəlki başçıların taleyini yaşamamaq üçün Prezidentin tapşırıqlarını yerinə yetirməlidirlər”.

“Onlardan əvvəl icra başçısı işləmişlərin o qədər çirkin əməlləri olub ki, onları düzəltmək üçün zaman lazımdır”.

Bildiyimiz kimi bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilib, bəzilərinin hökmü verilib, bəzilərinin isə işləri məhkəmədədir. Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Prezident İlham ƏliyevMasallı, LerikGöygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul etdikdə bu problemlər haqqında danışdı və önəmli məqamlara toxundu.

İcra başçıları ilə xalq arasında olan narazılıqlar aradan qaldırıla biləcək, yoxsa ən yaxşı yol icra orqanlarının ləğv edilməsidir?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Məmurlar da, icra başçıları da o qədər rüşvətə, korrupsiyaya öyrəniblər ki, heç bir tapşırığı yerinə yetirmək istəmirlər”.

Hakimiyyət daxilində olan qüvvələrin də ölkədə əmin-amanlığın olmasına imkan vermədiklərini vurğulayan partiya sədri bildirib ki, onlar xalqla dövlətin bir yerdə olub problemlərini həll etsini də istəmirlər:

“Cənab Prezident icra başçılarının özbaşınalıqları ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Prezident tək icra başçılarını deyil, bəzi məmurları da sərt şəkildə tənqid edib. Təəssüf olsun, məmurlar da, icra başçıları da o qədər rüşvətə, korrupsiyaya öyrəniblər ki, heç bir tapşırığı yerinə yetirmək istəmirlər. Eyni zamanda onlar heç bir qanunlara riayət etmək istəmirlər.

Zaman onu göstərir ki, deyilənləri icar etmək üçün ciddi nəzarət lazımdır. Nəzarəti də təşkil edə bilməyiblər. Hər bir halda cənab Prezidentin tövsiyələri çox ciddi şəkildə yerinə yetirilməlidir. İcra başçıları da vəzifəyə qoyulanda onların təcrübələrini, keçmişlərini və gələcəklərini nəzərə almaq lazımdır. Vəzifəyə təyin olunanların çoxu cavandır və təcrübəsi yoxdur. Onlar sahəni bilmədiklərinə görə rayonlara gedəndə böyük problemlərlə üzləşirlər.

Onlardan əvvəl icra başçısı işləmişlərin o qədər çirkin əməlləri olub ki, onları düzəltmək üçün zaman lazımdır. Həbs edilən icra məmurları həbsxanada da pullarından istifadə edirlər. Onlar düşünürdülər ki, çirkin əməlləri açılandan sonra həbs ediləcəklər və xalqdan topladıqları vəsaitlər hesabına da həbsxanadan qurtaracaqlar. Biz bunu Milli Təhlükəsizlik nazirinin müavini Çovdarovun və başqa məmurların timsalında gördük.

Hafiz Hacıyev: “Cavan icra başçıları sahəni bilmədiklərinə görə rayonlara gedəndə böyük problemlərlə üzləşirlər”.

Prezident çox ciddi şəkildə korrupsiya ilə mübarizə aparır. Prezident xalqı ilə bir yerdə olmaq üçün əlindən gələni edir. Amma ondan aşağı təbəqə heç bir öhdəlikləri yerinə yetirmək istəmir. Buna görə də düşünürəm ki, struktur dəyişməlidir. İcra hakimiyyətləri özlərini doğrultmur. Onlar xalqla işləyən bilmirlər, üstəlik də korrupsiyaya bulaşırlar. Yeni təyin olunan icra başçıları özlərindən əvvəlki başçıların taleyini yaşamamaq üçün Prezidentin tapşırıqlarını yerinə yetirməlidirlər.

Hakimiyyət daxilində olan qüvvələr də imkan vermirlər ki, ölkədə əmin-amanlıq olsun. Həmçinin onlar istəmirlər ki, xalqla dövlət bir yerdə olub problemlərini həll etsinlər. Buna görə də dövlətimiz və Prezidentimiz hakimiyyət daxilində olan qüvvələrə qarşı ciddi addımlar atmalıdır”.

Nərminə UMUDLU
pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Pavel Durova görə 17 milyard dollarlıq müqavilə ləğv edilir?

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Ən çox oxunanalar