Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeron rayonunda şəhidlərin doğum günü qeyd edilib - Fotolar

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan igidlərimizin doğum günləri qeyd edilib.

"Vətən uğrunda", "Hərbi xidmətdə fərqlənməyə görə", "Şuşanın azad edilməsinə görə" və "İgirdliyə görə" medallarına layiq görülən şəhid İlyasov Fərid İbad oğlunun 23-cü, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medallarına layiq görülən Cəfərov Balaş Namiq oğlunun isə 20-ci doğum günü qeyd edilib.

Anım tədbirləri ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, şəhid ailələri və qazilərlə birgə İkinci Fəxri Xiyabanda, eləcədə Hökməli qəsəbə qəbiristanlığında uyuyan şəhidlərimizin məzarlarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxuyub, məzarları üzərinə tər çiçəklər düzülüb.

Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.

Gülnar Rəhimova hər iki mərasimdə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid və qazi ailələrinə göstərdikləri diqqət və qayğının bariz nümünəsi olaraq, ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupuna aid insanlar lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir.

Daha sonra Şəhid Balaş Cəfərovun atası Namiq Cəfərov, Şəhid Fərid İlyasovun anası Bəsirə İlyasova, Şəhid Fərid İlyasovun babası Əlöhsət İbrahimov, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, din xadimi Rasim Xudaverdiyev və digərləri çıxış edərək Azərbaycanın döyüş meydanında qazandığı Qələbədən, idiglərimizin qəhrəmanlıqlarından, ordumuzun gücündən, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğıdan danışıblar.

Şəhid ailələri də öz növbələrində ölkəmizdə onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini vurğulayıb və buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Çin ABŞ-ni Ukraynada sülhə nail olmağa çağırıb

1988-ci il iyununda kəndin 3 sakinini faciəli şəkildə öldürdülər - Qərbi Azərbaycan Xronikası

“Əcəmi”də "səs-küy" salan obyektlərlə bağlı tədbir görüldü - Video

Ən çox oxunanalar