Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan filmi nüfuzlu Kazan Beynəlxalq festivalında - Foto

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin keçirdiyi "Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalibi olan "Hasar” filmi nüfuzlu Kazan Beynəlxalq müsəlman film festivalının əsas proqramına daxil olub.

Filmin qısa məzmunu - 1-ci Qarabağ müharibəsində oğlunu itirən Elçin doğma diyarına qayıdır və erməni qonşusunu görməmək üçün evin hasarını bərpa etməyə qalxır, lakin düşmənin kor olan oğlunun itməsi qəhrəmanımızın işlərini dəyişir.

Film "Ultra Production” MMC kinoşirkəti tərəfindən istehsal olunub. Filmin Quruluşçu rejiasoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşov, təsvir rejissoru Vasif Vəlizadə, quruluşçu rəssam Ceyhun Cəfərquliyev, prodüseri Emil Nəcəfov, baş prodüser Pərviz Məmmədovdur. Baş rollarda Xalq artisti Vidadi Həsənov, əməkdar artist Leyli Vəliyeva, Əlibala Əsgərov, Nurlan Süleymanlı, Güşvər Şərifova, Amid Qasımovdır.

Kazan beynəlxalq müsəlman film festivalı Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazanda "Sivilizasiyaların dialoqundan dialoqun mədəniyyətinə" şüarı ilə təşkil edilən film Festivalıdır.

Qeyd edək ki, Ultra productionun co-produser olduğu Hilal Baydarovun "Balıqlara xütbə” filmi 75-ci Locarno beynəlxalq film festivalının əsas proqramında iştirak edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar