Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şəmsi Səmədzadə Prezidentin ona göstərdiyi etimadı doğrultmaqdan ötrü çalışacaq” - Hafiz Hacıyev

Keçmiş ömürlük məhkum Şəmsi Səmədzadə faktiki olaraq sosial şəbəkə fenomeninə çevrilib...

Müasir Müsavat Partiyasının sədri: “Şəmsi Səmədzadənin də azadlığa çıxması xalqın, cəmiyyətin arasında Prezidentə olan inamın artmasına səbəb oldu. Çünki Prezidentin bu cür addım atması gözlənilməz idi”.

Prezident tək Şəmsi Səmədzadə üçün deyil, digər siyasi məhbus adlandırılan üçün də bu humanist addımı atdı”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Keçmiş ömürlük məhkum, əmisi oğlu Şəmsi Səmədzadənin azadlığa çıxmasının cəmiyyət tərəfindən maraqla qarşılanmasını PİA.az-a şərh edərkən qeyd edib.

Keçmiş ömürlük məhkum, bir müddət öncə ölkə başçısının sərəncamı ilə əfv olunan Şəmsi Səmədzadənin həbsdən azad olunandan sonra verdiyi kiçik müsahibə sosial şəbəkələrdə gündəmə çevrilib. Demək olar ki, Şəmsi Səmədzadə faktiki olaraq sosial şəbəkə fenomeninə çevrilib. Onun açıqlamaları sosial şəbəkələrdə baxış sayına görə rekord həddə çatıb.

Bəs keçmiş ömürlük məhkuma cəmiyyətin belə çox maraq göstərməsinin səbəbləri nələrdir?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri və Şəmsi Səmədzadənin əmisi oğlu olan Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Zakir Qaralovun iddiasına, qoyduğu sərt mövqeyə görə iş adamının 23 il haqsız yerə həbs edilməsi yaxşı hal deyildi”.

Cənab Prezidentin Şəmsi Səmədzadə haqqında həqiqətləri biləndən sonra bu addımı atdığını vurğulayan partiya sədri bundan sonra da cənab Prezident tərəfindən bu cür humanist addımlar davam edəcəyini düşündüyünü bildirib:

“Burada əsas məsələ Şəmsi Səmədzadə deyil. Əsas məsələ Prezidentin atdığı addıma cəmiyyətin nəzərinin cəmlənməsidir. Cəmiyyət gözləmirdi ki, günahsız yerə həbs olunan və 23 il həbs yatan ömürlük məhkum əfv oluna bilər. Amma ölkə Prezidenti Şəmsi Səmədzadəni əfv etdi. Ölkə Prezidentinin humanist addımı, onun demokratik dəyərlərə böyük hörmət bəsləməsi, insanların azad, sağlam yaşamasını göstərməsi cəmiyyət tərəfindən böyük maraqla qarşılandı.

Şəxsən mən də öz adımdan bu humanist addım üçün cənab Prezidentə minnətdarlığımı bildirirəm. Zakir Qaralovun iddiasına, qoyduğu sərt mövqeyə görə iş adamının 23 il haqsız yerə həbs edilməsi yaxşı hal deyildi. Cənab Prezident Şəmsi Səmədzadə haqqında həqiqətləri biləndən sonra bu addımı atdı. Düşünürəm ki, bundan sonra da cənab Prezident tərəfindən bu cür humanist addımlar davam edəcək. Şəmsi Səmədzadənin də azadlığa çıxması xalqın, cəmiyyətin arasında Prezidentə olan inamın artmasına səbəb oldu. Çünki Prezidentin bu cür addım atması gözlənilməz idi.

Hafiz Hacıyev: “Prezident böyük bir nəsilə xoş məramlı surpriz etdi”.

Şəmsi Səmədzadənin cəza ilini aşağı da endirə bilərdilər. Amma Prezident həmişə olduğu kimi yenə də ədalətli bir mövqe tutdu. Bu addıma görə də mən böyük bir nəsil adından cənab Prezidentə öz minnətdarlığımı bildirirəm. Prezident böyük bir nəsilə xoş məramlı surpriz etdi.

Düşünürəm ki, Şəmsi Səmədzadə də bundan sonra ömrünün qalan hissəsini Prezidentin ona göstərdiyi etimadı doğrultmaqdan ötrü çalışacaq. Biz də çalışacağıq ki, Şəmsi Səmədzadə Prezidentin ona göstərdiyi etimadı doğrultması üçün əlimizdən nə gəlirsə, hamısını edək.

Onu da deyim ki, Prezident tək Şəmsi Səmədzadə üçün deyil, digər siyasi məhbus adlandırılan üçün də bu humanist addımı atdı. Prezidentin bu addımları da ölkə ictimaiyyəti tərəfindən çox yüksək səviyyədə qarşılanan məsələdir. Prezidentin humanist, ədalətli olmasını hamı bilir. Buna görə də onun bu cür addımları davam edəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Ən çox oxunanalar