Bazar ertəsi, 29 May 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna MN-in kəşfiyyat rəisi: “İlin sonunadək Krıma girməliyik”

“Bu ilin sonunadək minimum Krım ərazisinə daxil olmalıyıq”.

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov ölkəsinin “Pravda” nəşrinə müsahibəsində söyləyib.

“Müharibənin aktiv fazası ilin sonunadək maksimal düşüşə keçməlidir. Rusiyanın normal müharibə aparmaq üçün 12 aylıq resursu var”, - o deyib.

K.Budanov bildirib ki, bu müharibə Krım yarımadası da daxil olmaqla işğal altındakı bütün ərazilərin azad olunması ilə nəticələnəcək.

Kəşfiyyat rəisi müharibənin Rusiya üçün iki ssenari üzrə bitəcəyini irəli sürüb: “Birincisi, Rusiyanın ərazi bütövlüyü formal saxlanması ilə ölkədəki siyasi rəhbərliyin dəyişməsi. Yenə də qeyd edirəm - formal. Bu variantla hamı şəxsən Putini və onun yaxın çevrəsini günahlandıracaq və Rusiyanın bununla heç bir əlaqəsi olmadığını deyəcək. Onlar qoşunlarını dünyanın bütün işğal olunmuş ərazilərindən çıxaracaqlar. İşğal olunmuş ərazilər prinsipcə mənsub olduqları ölkələrə - Gürcüstana, Yaponiyaya, Almaniyaya və s. qayıdacaq. Rusiya sivil dövlət kimi fəaliyyətini bərpa etməyə başlayacaq. Belə deyək, yenidən başlayacaq. Bu, müəyyən müddət işləyəcək. Gələcəyi isə bizə yalnız tarix göstərəcək”.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə prezident seçkilərində Ərdoğan 52,11% səslə öndədir - Yenilənib

Türkiyədə prezident seçkilərinin II turunda səsvermə başa çatıb - Yenilənib

Türkiyə YSK: Seçki qutularının 99.99 faizi açılıb, Ərdoğan qalib gəlib

Bakıdakı Türkiyə səfirliyinin qarşısında Ərdoğanın qələbəsi qeyd edilir - Video

Sinan Oğan: Uduzan terrora bağlı olanlar və onlara güvənənlər oldu...

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazıb

Prezident bir müddət əvvəl yolu azaraq Ermənistan ərazisinə keçən hərbçilərimizdən danışıb

"Qaçqınkom" Laçın şəhərinə qayıdışın başlaması ilə bağlı məlumat yayıb

Türkiyədə prezident seçkilərində seçici fəallığı məlum olub

Ən çox oxunanalar