Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Media azadlığı reytinqi, Azərbaycanın yeri

“Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatı media azadlığı reytinqi açıqlayıb. Azərbaycan 180 ölkə arasında 154-ci yerdə göstərilir.

İlk üçlükdə Norveç, Danimarka, İsveç qərar tutur, siyahını Şimali Koreya qapayır.

Novator.az-ın məlumatına görə, Estoniya 4-cü, Litva 9-cu, Latviya 22-ci, Moldova 40-cı, Ermənistan 51-ci, Qırğızıstan 72-ci, Gürcüstan 89-cu, Ukrayna 106-cı, Qazaxıstan 122-ci, Özbəkistan 133-cü, Türkiyə 149-cu, Tacikistan 152-ci, Belarus 153-cü, Rusiya 155-ci, Türkmənistan 177-ci, İran 178-cidir.

1985-ci ildə yaradılan, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə olan “Sərhədsiz reportyorlar” 2002-ci ildən media azadlığı reytinqi tərtib edir.

2002-ci ilin hesabatında Azərbaycan 101-ci yerdə olub. 2003-cü ildə ölkə 113-cü yerə, 2004-cü ildə 136-cı yerə, 2005-ci ildə 141-ci yerə geriləyib.

2006-cı ilin reytinqində Azərbaycan 135-ci yerdə göstərilib. 2007-ci ildə ölkə 139-cu yerdə, 2008-ci ildə 150-ci yerdə, 2009-cu ildə 146-cı yerdə, 2010-cu ildə 152-ci yerdə, 2011-2012-ci illərdə 162-ci yerdə qərar tutub.

2013-cü ildə Azərbaycan 156-cı yerdə olub, 2014-cü ilin reytinqində 160-cı, 2015-ci ilin reytinqində 162-ci, 2016-cı ilin reytinqində 163-cü yerə düşüb.

2017-ci ildə Azərbaycan 162-ci olub, 2018-ci ilin hesabatında 163-cü pillədə, 2019-cu ilin hesabatında 166-cı pillədə, 2020-ci ilin hesabatında 168-ci pillədə, 2021-ci ilin hesabatında 167-ci pillədə yer alıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Pavel Durova görə 17 milyard dollarlıq müqavilə ləğv edilir?

Ən çox oxunanalar