Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın yeni hərbi taktikası – “Vur, qaç, zərərsizləşdir, hakim ol”

Ukrayna ilə müharibədə ikinci mərhələnin başladığını elan edən Rusiyanın yeni hərbi taktika mənimsədiyi hiss olunur. Yeni taktikalar belədir: müharibənin başlanğıcından fərqli olaraq indi ehtiyatla hərəkət edən rus qoşunları Uktraynanın qərb və cənubundakı yaşayış məntəqələrinə hücuma keçir. Ciddi müqavimətlə üzləşən kimi geri çəkilir, ortaya çıxan Ukrayna dirənişçilərinin mövqeyi raket və artilleriya atəşinə tutulur. Hədəflər susdurulana qədər atəş davam edir, daha sonra yenidən tank və hərbi texnikaların hücumu başlayır. Beləcə Ukrayna mövqeləri tam nəzarətə götürülür.
 
Rusiyanın yeni hərbi taktikası işğal prosesinin sürətini yavaşlatsa da, hər halda işə yaramış kimi görünür. Ukraynanın bu taktikaya qarşı uğurlu müqavimət göstərə bilməsi üçün hərbi arsenalında ciddi çatışmazlıqlar müşahidə olunur. Başlıca problemlərdən biri Ukrayna qüvvələrindəki silahların mənzili ilə bağlıdır. Qərb ölkələrinin verdiyi silahların mənzili 10-30 km arasında dəyişir. Bu isə daha uzaqda yerləşən rus artilleriya və raket qurğularını susdurmağa imkan vermir. ABŞ-ın verdiyi kamikadze dronlarından effektiv istifadə etmək üçün Ukrayna əsgərləri rus mövqelərinə 10 km yaxınlaşmalıdır. Və yaxud M777 haubitsalarını işlətmək üçün həmin ağır texnika hədəf nöqtəsinin 25-27 km-liyinə gətirməlidir. Ukraynanın ərazisi düzənlik olduğundan rus mövqelərinə bu qədər yaxınlaşmaq üçün gərək təbii istehkamlardan məhrum ərazilərdə 10 km-lərlə irəliləyəsən. Bu isə Ukrayna əsgərlərini açıq hədəf halına gətirir. Görünən budur ki, Qərb ölkələri Kiyevə daha uzaq mənzilli silahlar verməyənədək ukraynalılar bu taktikanın qarşısını almaqda çətinlik çəkəcəklər. Qərb ölkələri isə daha ciddi hərbi yardımlar göstərmək üçün tələsmirlər. ABŞ prezidentinin mətbuat katibi Cen Psaki son brifinqində Konqresə Ukraynaya uzunmüddətli yardım paketi təklifi təqdim etməyi hələ planlaşdırdığını bildirib.
 
Bu gün ABŞ Prezidenti Co Baydenin Ukrayna ilə bağlı xüsusi mətbuat konfransı keçirəcəyi gözlənilir. Yəqin ki, çıxışında Ukraynanı canü-könüldən dəstəklədiyini bildirən Co Bayden rusiyalı həmkarı Putinin dünənki təhdidlərinə cavab verəcək. Xatırladım ki, Putin dünənki çıxışında “Ukraynadakı vəziyyətə kənardan müdaxilə etmək istəyən və Rusiyaya strateji təhlükə yaradan düşmənləri ildırım sürətli zərbələrlə qorxutmuş, bunun üçün bütün lazımi qərarların artıq qəbul olunduğunu” bildirmişdi. Nüvə təhdidi kimi qəbul olunan bu sözlərə ABŞ-ın nə cavab verəcəyi maraq doğurur.
 
Ukraynada son zamanlar diqqəti cəlb edən digər hadisə tuvalı əsgərlərin daha çox gözə dəyməsidir. Rusiya Müdafiə naziri Şoyqunun həmyerliləri sanki Ramzan Kadırovun “çeçen mücahidləri” ilə yarışa giriblər.

Görünür, bu da təadüfi deyil. Şoyqu öz kreslosunu qorumaq üçün Ramzan Kadırovdan daha aktiv çalışmalı və gözə girməyi bacarmalıdır. Əks halda hansı məntiqlə bu kresloda daha fədakar Ramzan yox, o oturmalıdır?

Nəzərə alsaq ki, Ukrayna savaşındakı canfəşanlığı sayəsində Kadırov general-leytenant rütbəsinə layiq görüldü, bu, Şoyqu üçün də ciddi mesaj sayıla bilər. Qısası, Şoyqunun kreslosunu qorumaq, Kadırovun rütbəsini artırmaq arzularının bədəlini Tuva və Çeçen xalqları öz canları ilə ödəməlidir. (ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

DİN-dən xaricə getmək istəyən şəxslərə xəbərdarlıq 

Ən çox oxunanalar