Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kadırovun yaxın adamı Ukraynada öldürüldü – Fotolar

Ukraynada Kadırov (Çeçenistan rəhbəri Ramzan Kadırov) qrupunun komandiri, Rusiyanın Qroznı şəhərindən olan “Stinger” ləqəbli Ruslan Əzizov öldürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə müxalif çeçen bloger Xasan Xalitov sosial şəbəkə hesabında paylaşımlar edib.

Xalitov, Əzizovun öldürülməsi barədə qohumuna məlumat verən Kadırovçulardan birinin telefon danışığının dinlənilməsini dərc edib.

Əzizovun məhv edilməsi ilə bağlı məlumatı Odessa hərbi administrasiyasının spikeri Sergey Bratçuk da təsdiqləyib.

“O, Ukraynaya gəldi və necə məhv edildiyini videoya çəkməyə vaxt tapmadı və indi yalnız bir fotoşəkil qalıb. Kadırovçular isə “Stinger” ləqəbli komandirləri Ruslan Əzizovun ölümünü artıq təsdiqləyiblər”, - Sergey Bratçuk sosial şəbəkə hesabında yazıb.

“Stinger”in harada öldürüldüyü hələlik bildirilmir.

Qeyd edək ki, R. Əzizov Ramzan Kadırovun yaxın silahdaşı hesab olunur. O, əvvəllər Donbassda Ukraynaya qarşı döyüşüb. Kadırovçulardan ibarət “Ölüm” dəstəsinin komandiri olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

Bakıda baş verən güclü yanğın uçuşlara necə təsir edib?

Ən çox oxunanalar