Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu gün rus milyarderlərinin başına gələnlər bizim oliqarxlara da dərs olmalıdır” - Partiya sədri

“Ardıcıl qiymət artımı ilə xalqı qıcıqlandırırlar və bunun ağır nəticələri ola bilər”.

Bu fikirləri Azərbaycanda tütün məhsullarının aksiz dərəcələrinin artırılmasından sonra Bakı-Gəncə sürət qatarında gediş haqqının iki dəfə bahalaşdırılmasına münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, dünyada baş verənlər, xüsusilə Rusiya oliqarxlarının indiki halı xalqı düşünməyən məmurlara ciddi dərs olmalıdır:

“Çox təəssüf ki, bütün diqqətlərin Ukraynada gedən müharibəyə yönəldiyi bir vaxtda bizim məmurlar bu vəziyyəti yenə də öz ciblərini doldurmaq üçün fürsət kimi görürlər.

Ona görə də belə tez-tez qiymət artımları ilə rastlaşırıq. Bakı-Gəncə qatarında o qiymətə kim yol gedər? Niyə getsin ki? Çünki mənzil başına çox rahat avtomobillərlə daha ucuz və daha tez çatmaq mümkündür. Bunlar da fürsətdən istifadə edirlər. Nə xalqı düşünürlər, nə də prezidentə bir faydaları dəyir…

Amma hər şeyə görə cavab vermək vaxtı da gələcək. Baxın rus milyarderlər indi nə haldadırlar? Onların kartında pul yoxdur ki, öz süpürgəçilərinin maaşını versinlər. Bu gün rus milyarderlərinin başına gələnlər bizim oliqarxlara da dərs olmalıdır.

Ardıcıl qiymət artımı ilə xalqı qıcıqlandırırlar və bunun ağır nəticələri ola bilər. O məmurlar bunu mütləq fikirləşsinlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Çin ABŞ-ni Ukraynada sülhə nail olmağa çağırıb

1988-ci il iyununda kəndin 3 sakinini faciəli şəkildə öldürdülər - Qərbi Azərbaycan Xronikası

“Əcəmi”də "səs-küy" salan obyektlərlə bağlı tədbir görüldü - Video

Göyçay Peşə Liseyindən 77 tələbə xaric edilib, direktor müavini və baş mühasib işdən çıxarılıb

Ən çox oxunanalar