Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Artıq Putin müharibəni uduzub” - Hafiz Hacıyev

Ukraynanın zəif nöqtələrini bilən Rusiya hücumlarını, xüsusilə bombardmanı gücləndirə bilər...

Müasir Müsavat Partiyasının sədri: “Zelenski və Ukrayna hökumətinin bəzi nümayəndələrini sui-qəsd nəticəsində öldürməsi mümkün olan məsələ deyil”.

“Putin Ukraynaya qarşı müharibə elan etməklə Rusiyanı tamamilə məhv etdi”.

Zelenski Consonla telefon danışığında növbəti 24 saatın Ukrayna üçün həlledici olacağını deyib və qeyd edib ki, “İngiltər baş naziri müttəfiqləri ilə birlikdə müdafiəni təşkil etmək üçün əlindən gələni edəcək”.

Bunun fonunda iddia olunur ki, Putin “Vaqner” qrupunun 400 üzvünü Zelenski və Ukrayna hökumətinin bəzi nümayəndələrini öldürməsi üçün hərəkətə keçirib. Hücumun beşinci günündə də Kiyevin müdafiəsini yara bilməyən və yarmaq imkanı getdikcə çətinləşən Rusiyanın belə sui-qəsd ssenarisini həyata keçirməsi nə qədər inandırıcıdır?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Putinə arxayın olanların sonu da Putinin sonu kimi olacaq”.

Ukrayna müharibəsinin Rusiya prezidentinin zəif adam olmasını göstərdiyini vurğulayan partiya sədri bildirib ki, Hitler uduzduğu kimi Putin də uduzacaq və siyasi səhnədən çıxacaq:

“Artıq Putin müharibəni uduzub. Bütün dünya Rusiya prezidentini cəllad kimi tanıdı. Putin dünyanı öz üzərinə qaldırıb. Putin artıq özü qaçmağa yer axtarır.

Zelenski və Ukrayna hökumətinin bəzi nümayəndələrini sui-qəsd nəticəsində öldürməsi mümkün olan məsələ deyil. Çünki Avropa və Qərb artıq Rusiyaya çox ağır sanksiyalar tətbiq edir. Digər tərəfədn də Avropa və Qərb Ukraynaya böyük həcmdə yardımlar edir. Bütün dünya haqqın tərəfindədir. Buna görə də Putin son günlərini sayır.

Düşünürəm ki, Putin Ukraynaya qarşı müharibə elan etməklə Rusiyanı tamamilə məhv etdi. Putinin işğalçılıq siyasətini heç bir dövlət qəbul etmədi və dövlətlər Rusiya prezidentinin əzilməsi, məhvi üçün əllərindən gələni edirlər. Putin elə bildi ki, 2-3 günə Ukraynaya qalib gələcək. Amma qalib gələ bilmədi. Ukrayna ordusu və xalqı çox böyük cəsarət nümayiş etdirirlər. Onların bu cəsarətinə görə də Rusiya ordusu qalib gələ bilmir.

Hafiz Hacıyev: “Putin elə bildi ki, 2-3 günə Ukraynaya qalib gələcək. Amma qalib gələ bilmədi”.

Ukrayna müharibəsi onu göstərdi ki, Rusiya prezidenti zəif adam imiş. Hitler uduzduğu kimi Putin də uduzacaq və siyasi səhnədən çıxacaq. Buna görə də Putinə arxayın olanların sonu da Putinin sonu kimi olacaq.

Bir daha qeyd edim ki, Rusiyanın Ukraynada Zelenski və hökumətinin bəzi nümayəndələrinə qarşı sui-qəsd törətməsi mümkün deyil. Çünki Ukraynanın güclü ordusu var. Zelenski gənc olmasına baxmayaraq çox güclü siyasətçidir. Əsas odur ki, NATO, Avropa, ABŞ Ukrayna xalqının yanındadır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Çin ABŞ-ni Ukraynada sülhə nail olmağa çağırıb

1988-ci il iyununda kəndin 3 sakinini faciəli şəkildə öldürdülər - Qərbi Azərbaycan Xronikası

“Əcəmi”də "səs-küy" salan obyektlərlə bağlı tədbir görüldü - Video

Göyçay Peşə Liseyindən 77 tələbə xaric edilib, direktor müavini və baş mühasib işdən çıxarılıb

Ən çox oxunanalar