Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna-Rusiya müharibəsi... - Qarşı-qarşıya gələn orduların döyüş qabliyyətləri hansı səviyyədədir?..

İki gündür davam edən döyüşlərə görə Rusiya ordusunun döyüş qabiliyyətini necə dəyərləndirmək olar?..

Hərbi ekspert: “Rusiya və Ukrayna ordusunu müqaisə edəndə deyə bilərik ki, Ukrayna ordusunun döyüş qabiliyyəti daha yüksəkdir”.

“Rus ordusunun müasir texnikadan olan ehtiyatları çox da deyil. Həmçinin ordunun müasirləşmiş tankların da sayı da kifayət qədər deyil”.

Bu sözləri hərbi ekspert Azad İsazadə Rusiya ordusunun döyüş qabiliyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Artıq iki gündür ki, Ukraynada ağır döyüşlər gedir. Rusiya hərbi qüvvələri Kiyev şəhərini ələ keçirmək üçün müxtəlif istiqamətlərdən hücum edir. Yayılan xəbərlərdə Rusiya ordusunun ruhyüksəkliyinin çox aşağı olduğu bildirilir. Bunu isə Ukrayna ordusunun ruslara qarşı güclü müqavimət göstərməsi ilə əlaqələndidirlər. Ruslar Ukrayna ordusunun ilk həmlədə pərən-pərən düşərək silahı yerə qoyacaını düşünsələr də, bunun əksi baş verir.

Ukraynalıların döyüş taktikası da diqqət çəkməkdədir. Onlar əvvəl geri çəkilir, sonra isə mobil dəstələrlə geri dönərək bir neçə istiqamətdən düşmənə itki verdirərək geri çəkilçəyə məcbur edirlər.

Diqqət çəkən məsələlərdən biri də Rusiya ordusunun köhnə, SSRİ vaxtından qalma texnikadan istifadə etməsidir. Qeyd edək ki, Rusiya prezidenti dəfələrlə Rusiyanın dünyada tayı-bərabəri olmayan müasir silahlara malik olması ilə bağlı bəyanatlar verərək bu silahlarla bağlı animasiya filmləri nümayiş etdirib. Lakin bu gün Ukraynaya girən Rusiya ordusunu texniki təchizat baxımından dünyanın inkişaf etmiş ordusu adlandırmaq olmaz. Bu ordu çoxsaylı olsa da, texniki cəhətdən əsasən ötən illərin 60-70-ci illərin texnikasl ilə təchiz edilib.

İki gündür davam edən döyüşlərə görə Rusiya ordusunun döyüş qabiliyyətini necə dəyərləndirmək olar? Yayılan görüntülərdən də görünür ki, Rusiya Ukraynda əsasən SSRİ zamanından qalma texnikadan istifadə edir? Rusiya ordusunun texniki təchizatını necə dəyərləndirmək olar?

Ukrayna və Rusiya müharibəsində orduların döyüş hazırlığını PİA.az-ın əməkdaşı hərbi ekspert Azad İsazadə ilə müzakirə edib.

Azad İsazadə: “Ukraynanın ərazisi o qədər böyükdür ki, rus ordusu bəzi istiqamətlərdə müasir texnikalardan, bəzi istiqamətlərdə isə köhnə texnikadan istifadə edirlər”.

Müharibənin birinci günü Rusiya ordusunun müasir raketlərdən istifadə etdiklərini vurğulayan ekapert bildirib ki, ordu uzun müddət bu raketlərdən istifadə edə bilməyəcək. Buna görə də onlar məcbur olub köhnə texnikadan da istifadə edəcəklər:

“Ukrayna orudusunun ruhyüksəkliyi çox yüksəkdir. Ukrayna ordusu 8 il ərzində kifayət qədər təcrübələr toplayıblar. Yəni ordu Donesk və Lukansk döyüşlərində təcrübə toplayıblar. Rusiya və Ukrayna ordusunu müqaisə edəndə deyə bilərik ki, Ukrayna ordusunun dpyüş qabiliyyəti yüksəkdir.

Amma Ukrayna ordusu sözsüz ki, say baxımından Rusiya ordusuna çata bilmir. Üstəlik də Rusiyanın xüsusi təyinatlıları və desant qüvvələrində də hazırlıq kifayət qədər yüksəkdir.

Rusiyanın Ukraynda əsasən SSRİ zamanından qalma texnikadan istifadə etdiyini demək düzgün olmaz. Dünən, yəni müharibənin birinci günü Rusiya ordusu müasir raketlərdən istifadə ediblər. Amma ordu uzun müddət bu raketlərdən istifadə edə bilməyəcək. Buna görə də onlar məcbur olub köhnə texnikadan da istifadə edəcəklər.

Azad İsazadə: “Bəzi mənbələrdən məlumatlar gəlir ki, Rusiya köhnə texnikanı heç sərhəddə qədər gətirib çıxara bilməyib”.

Rus ordusunun müasir texnikadan olan ehtiyatları çox da deyil. Həmçinin orduda müasirləşmiş tankların da sayı da kifayət qədər deyil. Ukraynanın ərazisi o qədər böyükdür ki, rus ordusu bəzi istiqamətlərdə müasir texnikalardan, bəzi istiqamətlərdə isə köhnə texnikadan istifadə edirlər.

Bəzi mənbələrdən məlumatlar gəlir ki, Rusiya köhnə texnikanı heç sərhəddə qədər gətirib çıxara bilməyib. Texnikalar yolda xarab olub. Amma bu dəqiq məlumat deyil. Bir-birini təkzib edən çox məlumatlar gəlir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar