Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Ukraynaya müdaxiləsi: Ukraynanın hərbi gücü Rusiya ordusuna qarşı kifayət edirmi?

Hərbi ekspertlər bildirir ki, zəif zenit və raket əleyhinə gücə malik olan Ukrayna Rusiyanın hücumlarına qarşı həssas vəziyyətdədir...

“BBC News”, 24 fevral 2022-ci il

Rusiya hücuma başladıqdan bir neçə saat sonra Kiyev küçələrinə düşmüş bomba.

Kiyevin hərbi gücü Rusiya qüvvələrinin sayından qat-qat çoxdur, lakin ekspertlər bildirirlər ki, Ukrayna ciddi müqavimət göstərə və Moskva tərəfinə böyük itkilər verə bilər.

Ukrayna ordusu da 2014-cü ildə Moskvanın Krım yarımadasına döyüşsüz daxil olduğu vaxtdan daha yaxşı təchiz olunub, təlim keçib və ölkəsini müdafiə etməyə daha hazır vəziyyətdədir.

“Reuters” xəbər agentliyinin hazırladığı araşdırmaya görə, Ukrayna əsgər və silah sayına görə Rusiyadan xeyli geridədir. Rusiyanın Ukrayna sərhədində yerləşdirdiyi əsgərlərin sayının 100 mindən çox olduğu ehtimal edilir. Moskva, həmçinin, fevralın 10-da başlayan birgə təlim üçün Ukraynanın şimalındakı Belarusa hərbi qüvvələrinin bir hissəsini göndərib. Daha sonra əsgərlər burada qalıb və Rusiya əməliyyata başladığını elan edəndə Kiyev Belarusdakı rus əsgərlərinin də əməliyyatda iştirak etdiyini açıqlayıb.

Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu IISS-in məlumatına görə, ordusunda təxminən 280 min personalı olan Rusiyanın ümumi 900 min nəfərlik ordusu və 2840 döyüş tankı var. Bu da Ukraynanın ordusundan sayından üç dəfə çoxdur.

Ukrayna prezidenti Vladimir Zelenski bu yaxınlarda ölkənin hərbi gücünü artırmaq üçün döyüş qüvvələrinin sayının 361 min nəfərə çatdırılması haqqında qanunu təsdiqləyib.

Kiyev 2010-cu ildən 2020-ci ilə qədər müdafiə büdcəsini üç dəfə artırsa da, onu yalnız Rusiya büdcəsinin onda biri olan 4,3 milyard dollara çatdıra bildi. Hərbi ekspertlər bildirir ki, zəif zenit və raket əleyhinə gücünə malik olan Ukrayna Rusiyanın hücumlarına qarşı həssas vəziyyətdədir.

Digər tərəfdən, Rusiya Ukraynaya qarşı üstünlüyündən elektron və ya kiber müharibədə istifadə edərək Kiyev ordusunun rabitə qollarını zədələyə bilər.

Ukrayna qüvvələri nə dərəcədə təcrübəlidir?

Ukrayna ordusu 2014-cü ildən ölkənin şərqindəki Donbas bölgəsində rusiyayönlü separatçılarla davam edən münaqişələr sayəsində təcrübə toplayıb.

Bundan əlavə, Kiyev Rusiyanın üstünlüyünü qırmaq üçün qısa mənzilli hava hücumundan müdafiə və tank əleyhinə gücə, o cümlədən ABŞ-ın təchiz etdiyi “Javelin” raketlərinə malikdir.

Ukraynada nizami ordudan başqa, könüllü qurudan müdafiə bölmələri və 900 minə yaxın ehtiyatda olan əsgər var. Bir çox yetkin kişilər ən azı ilkin hərbi təhsilə malikdirlər. Ona görə də, Rusiya hansısa ərazini ələ keçirməyə cəhd etsə, böyük müqavimətlə üzləşə bilər.

Rusiyanın 1990-cı illərdə Çeçenistandan çıxarılması və 2008-ci ildə Gürcüstana qarşı əməliyyatı da daxil olmaqla, Sovet İttifaqının dağılmasından sonra keçirdiyi bütün müharibələrlə müqayisədə, o, digərlərindən daha böyük hərbi problemlə üzləşə bilər.

Ukrayna ordusu Qərbdən hansı dəstəyi aldı?

Qərb ölkələri Ukraynaya yardım göndərmək üçün addım atdılar, lakin Kiyevin daha çox yardıma ehtiyacı var. ABŞ Avropada yerləşən qoşunlarını Ukrayna sərhədinə göndərmək qərarına gəldiyini açıqlayıb, lakin Ukraynada döyüşmək üçün qoşun göndərməkdən imtina edib.

Birləşmiş Ştatlar 2014-cü ildən bu yana Ukraynaya 2,5 milyard dollarlıq hərbi yardım göstərib. Bunlar “Javelin” tank əleyhinə raketlər, neft tankerləri, çoxməqsədli “Humvee”, snayper tüfəngləri, pilotsuz uçuş aparatları, radar sistemləri, gecə görüş və radio avadanlıqlarıdır.

Türkiyənin Kiyevə satdığı “Bayraktar 2” pilotsuz uçuş aparatı şərqdə rus separatçılarına qarşı istifadə edilib. Ukrayna və Türkiyə fevralın 3-də birgə istehsal üçün hərtərəfli müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb.

İngiltərə yanvar ayında Ukraynaya 2000 qısa mənzilli tank əleyhinə silah verdi, orduya təlim keçmək üçün hərbi ekspertlər və “Saxon” zirehli maşınları göndərdi.

Estoniya “Javelin”, Latviya və Litvaya Ukraynaya “Stinger” raketləri göndərir. Çexiya isə 152 mm-lik artilleriya sursatını göndərməyi planlaşdırdığını açıqlayıb.

Ukraynaya silah göndərməkdən imtina edən Almaniya səhra xəstəxanası və təlim xərcləri üçün 6 milyon dollarını bölüşür.

Rusiya nə edə bilər?

Bir çox hərbi analitiklər Rusiyanın hərtərəfli işğalını gözləmirdi, çünki bu, uzun və ağır itkilərlə nəticələnən müharibə olacaq.

Gözlənilir ki, Rusiya böyük şəhərlərdə toqquşmalarla bütövlükdə müharibədənsə, hava hücumlarına və yaxud məhdud quru əməliyyatlarına üstünlük verəcək.

Seçimlərdən biri də Rusiyanın hazırda Donbasda rusiyayönlü qüvvələrin nəzarətində olan ərazilərdən cənuba və qərbə keçməsi ola bilər. Belarusun Ukraynanın şimal sərhədindən ölkəyə qoşun yeritməsi ehtimalı da var.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Pavel Durova görə 17 milyard dollarlıq müqavilə ləğv edilir?

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Ən çox oxunanalar