Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəlilabadın sabiq başçısının məhkəməsində 20 şahid dindirilib

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib, şahidlər dindirilib.

PİA.az-ın xəbərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində 20 şəxs ifadə verib.

Daha sonra şahidlər məhkəmənin, dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıblar.

Məhkəmənin növbəti iclası fevralın 25-nə təyin edilib.

Qeyd edək ki, N.Zeynalov 2020-ci ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 179.2.2-ci (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

N.Zeynalov 5 milyon manatdan artıq vəsaiti mənimsəmədə və rüşvət alma yolu ilə ələ keçirməkdə ittiham olunur.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

1988-ci il iyununda kəndin 3 sakinini faciəli şəkildə öldürdülər - Qərbi Azərbaycan Xronikası

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Portuqaliyada helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ən çox oxunanalar