Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müasir Müsavat Partiyasının iclası keçirildi

Bu barədə PİA.az-a partiyadan məlumat verilib.

Məlumatda deyilir:

Bu gün Müasir Müsavat Partiyası İdarə Heyyətini topladı və iclas keçirdi. İclasda ümumi olaraq ölkədə və dünyada baş verən məsələlər ərtafında geniş müzakirələr aparıldı. Eyni zamanda iclasda Müdafiə Nazirliyində olan həbslər, Ramiz Mehdiyev ətrafında baş verənlərlə bağlı da fikirlər səsləndirildi və müzakirə olundu.

Bildirildi ki, Müdafiə Nazirliyində olan həbslər ölkə adına qara ləkədir və düşmən sevindirəndir. Buna görə də əsas olaraq yaxşı kadrların seçilib vəzifəyə qoyulması və etibar edilməsi deyildi. Həmçinin Ramiz Mehdiyevin günlərlə, hətta aylarla gündəmdə olmasının da yaxşı hal olmadığı söylənildi. Ölkədə həll edilməsi gözlənilən vacib məsələlərin olduğu halda Ramiz Mehdiyevin bu qədər vaxt almasının heç də yaxşı olmadığı da qeyd edildi.

İclasda Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin hələ 2010-cu ildə Ramiz Mehtiyev haqqında dedikləri xatırlandı. O vaxtdan Hafiz Hacıyevin Ramiz Mehtiyevin istefa verməsi tələbinin olduğu vurğulandı. Həmçinin Müasir Müsavat Partiyasının sədrinin Mehtiyev barədə danışan, onun iç üzünü açan sədrlərdən birinci olduğu da deyildi.

Müasir Müsavat Partiyasının İdarə Heyyətinin iclasında ölkədə refendumun keçirilməsi ilə bağlı yayılan xəbərlər də müzakirə olundu. İclasda refendumun keçirilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirildi. Həmçinin iclasda parlament seçkilərinə və boş qalan yerlərə də toxunuldu. Ölkənin əsas qanunverici orqanında boş yerlərin olmasının problemlərin həllinə mane olması deyildi. Bununla yanaşı parlamentdə qəbul edilən qərarlar da iclasda müzakirə edildi.

İdarə Heyyətinin iclasında ölkəmizlə yanaşı dünyada da baş verən proseslər ətrafında fikir mübadiləsi aparıldı. Müasir Müsavat Partiyası Ukrayna ətrafında baş verən proseslərə öz münasibətini bildirdi. İclasda Ukraynada baş verən proseslərin heç də yaxşı olmadığı vurğulandı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Portuqaliyada helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Ən çox oxunanalar