Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yeni avaz” başqasının xəbərdə yazdığı şərhə görə cərimələndi

“Yeniavaz” saytı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.2 bəndi ilə 1500 manat cərimə olunub.

Bu barədə şirkətin baş direktoru Anar Qaraxançallı anews.az-a açıqlamasında bildirib.

Təsisçinin sözlərinə görə yaxın günlərdə qərarla bağlı apellyasiya üçün müraciət edəcəklər. Hətta, işi Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM)-ə qədər aparacaqlar.

Fevralın 3-də Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun “Azərmedia” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qaldırdığı iddiaya baxacaq.

“Baş Prokrorluğun bizi məhkəmə verməsi ilə bağlı heç bir rəsmi məktub və bildiriş almamışdıq. Əməkdaşlarımızdan biri təsadüfən “e-məhkəmə” portalından məhkəməyə verilməyimiz barəsində bildirişi görüb. Media hüquqşünasları deyir ki, adətən belə məhkəmələ barədə cavabdehə iclasa bir saat qalmış deyirlər ki, qarşı tərəf hazırlaşa bilməsin”, – deyə təsisçi bildirib.

Onun sözlərinə görə, onlara qarşı qaldırılan bu iddia ölkədə yeni xoşagəlməz presedent yaradır. “Çoxluq bizim işdəki təhlükənin fərqində deyil. Bu anormal yanaşma sabah şəxsi profillərə kimi tətbiq oluna bilər. Cəmiyyət olaraq buna etiraz etməliyik”, – deyə Anar Qaraxançallı qeyd edib.

2022-ci il yanvarın 24-də “Yeniavaz.az” xəbər portalının feysbukdakı səhifəsində qanunla qadağan edilmiş informasiya yayan sosial media istifadəçisi Namiq Əliyev inzibati məsuliyyətə cəlb olunub. Əliyev Namiq Səməd oğlu barəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-2.3.9-cu bəndi ilə yayılması qadağan edilən, demokratik təsisatlara qarşı təzyiqlərin göstərilməsi, dövlət orqanlarının fəaliyyətlərinin pozulması, ölkədə idarəetmə səviyyəsinin aşağı düşməsinə yönələn çağırışlar etmə, həmçinin təhqir və ya böhtan xarakteri daşıyan informasiyanı “Facebook” sosial şəbəkəsində yerləşdirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlayıb Bakı şəhəri, Binəqədi rayon məhkəməsinə göndərilibdir. Məhkəmənin qərarı ilə Namiq Əliyev barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib. Namiq Əliyevin “Facebook” sosial şəbəkəsində ona məxsus olan “Yeniavaz.az” səhifəsində yuxarıda təsbit olunan informasiyanı götürməməsinə görə, hüquqi şəxs “Azərmedia” MMC barəsində İXM-nin 388-1.1.2-ci (internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nəsimi rayon məhkəməsinə göndərilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

1988-ci il iyununda kəndin 3 sakinini faciəli şəkildə öldürdülər - Qərbi Azərbaycan Xronikası

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Portuqaliyada helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ən çox oxunanalar