Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il Azərbaycan Dövlət Film Fondunda 20 şəxsi arxiv fondu yaradılıb

"2021-ci il ərzində fonda şəxsi arxivlərdən kinematoqrafa aid çox sayda müxtəlif afişa və plakatlar, görkəmli kinematoqrafçılara məxsus şəxsi əşyalar, 1000-dən çox müxtəlif fotosənədlər daxil olub".

Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Film Fondundan bildirilib.

Kino lentlərində qorunan “Ögey ana”, “Dəli Kür”, “Dədə Qorqud”, “Günlərin bir günü”, “Babək”, “Nizami” və s. bədii, “Aşıq Ələsgər” (Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq), “Mikayıl Abdullayev”, “Səttar Bəhlulzadə”, “Əzim Əzimzadə”, “Mirzə Kazım bəy”, “Fərhad. Portret cizgiləri” və s. sənədli filmlər bərpa olunub.

Ümumilikdə 20 fond olmaqla, Xalq artistləri Rasim Ocaqov, Eldar Quliyev, Leyla Bədirbəyli, Şahmar Ələkbərov, Süleyman Ələsgərov, Hökümə Qurbanova, Ənvər Həsənov, Əməkdar incəsənət xadimləri Rasim İsmayılov, Şərif Şərifov, Rüfət Şabanov, Vladimir Konyagin, qocaman rejissor Niyazi Bədəlov, Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və digər kinematoqrafçıların şəxsi arxiv fondları yaradılıb.
Bundan başqa, ötən əsrdə kino istehsalında istifadə olunmuş 18 ədəd nadir kino çəkilişi avadanlığı bərpa olunub.

2021-ci ildə Dövlət Film Fonduna bir sıra dövlət və özəl studiyalarda istehsal olunmuş (“Olimpia”, “Köşk” (çoxseriyalı), “Quyu”, “Levonun son payızı” bədii, “Unudulmuş dəhliz”, “Bizim komandir”, “Qapı”, “Yarıda qalan uçuş”, “Biz”, “27 sentyabr. Qələbənin ilk günü”, “Görünməyən qəhrəmanlar”, “Hərbi Hava Qüvvələri”, “Böyük əmr”, “Fulya” sənədli, “Tıq-tıqla möcüzələr axtarışında. 2-ci bölüm: Qobustananimasiya və s.) filmlər daxil edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar