Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağın işğalında iştirak etmiş erməni mədəniyyət işçisi Gürcüstana buraxılmayıb

Ermənistanın Əməkdar mədəniyyət xadimi, “Karin” ansalmblının rəhbəri Qaqik Qinosyanın Gürcüstana girişi qadağan edilib.

“Report” xəbər verir ki, o, bunu “Armenpress”ə açıqlamasında bildirib.

Q.Qinosyanın sözlərinə görə, Gürcüstanın Axalkələki bölgəsinə anasının qəbirini ziyarət etməyə getmək istəyib, amma sərhəddən geri qaytarılıb. O deyib ki, Gürcüstan sərhədçiləri buna səbəb kimi koronavirus pandemiyasını göstəriblər.

Qeyd edək ki, Q.Qinosyan Birinci Qarabağ müharibəsi zamanı erməni separatçılarının sıralarında Azərbaycan torpaqlarının işğalında iştirak edib.

Xatırladaq ki, Gürcüstanın Samsxe-Cavaxetiya diyarının Axalkələki şəhəri ermənilər sıx məskunlaşan bölgəsidir. Erməni separatçıları zaman-zaman bu bölgənin Gürcüstandan ayrılması iddiası ilə çıxış edirlər.

Q.Qinosyan separatizmini dəstəkləyən erməni ziyalılarından biridir.

Ermənistan mətbuatı da dolayısı ilə onun Gürcüstana buraxılmamasını bununla, yəni indiyə qədər olan fəaliyyəti ilə əlaqələndirib. Erməni yazarlar iddia edirlər ki, Tbilisidəki hazırki hökumət Türkiyəyönlü siyasət yürüdür və “Karin” ansalmblı rəhbərinin Gürcüstana buraxılmaması da bununla bağlıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Ən çox oxunanalar