Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Hərbi prokuroru həbs olunan erməni silahlılarından danışıb

"Xüsusi vurğulanmalıdır ki, 27 sentyabr 2020-ci il tarixdən başlayaraq işğalçı erməni hərbi birləşmələrinin Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla istər hərbçilərimizin mövqelərini, istərsə də dinc Azərbaycan əhalisinin sıx yaşa­dığı əraziləri müxtəlif silahlardan atəşə tutaraq təmas xətti boyunca törətdiyi cinayət əməlləri, o cümlədən, silahlı qüvvələrimizin hərbi qulluqçularını və dinc sakinləri öldürmələri, habelə hərbi qulluqçulara və mülki şəxslərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri faktları üzrə Hərbi Prokurorluq orqanla­rında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1-ci (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama); 100.2-ci (Təcavüzkar müharibəni aparma); 116.0.7-ci (Müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə); 120.2.1-ci (Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə); 120.2.7-ci (İki və ya daha çox şəxsi öldürmə); 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və digər maddələri ilə cinayət işləri başlanılıb və intensiv şəkildə zəruri istintaq-əməliyyat hərəkətləri həyata keçirilib".

PİA.az xəbər verir ki, bunu Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.

"Qeyd olunmalıdır ki, erməni hərbi qulluqçularından Lüdvik Mkrtiçyana və Alyoşa Xosrovyana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 113-cü (İşgəncə), 115.2-ci (Müharibə qanunlarını və adətlərini poz­ma), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qa­baqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə qanunsuz olaraq keçmə) və digər maddələri ilə ittiham elan oluna­raq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Bakı Hərbi Məhkəməsinin hökmü ilə hər biri 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər", - X.Vəliyev deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar