Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Azərbaycan və Türkiyə ilə tərəfdaşlığa gedə bilərmi? - Ərəstun Orucludan şərh

44 günlük müharibədən sonra Azərbaycan və Türkiyənin İranla yaranan geosiyasi ayrılıqlarını ortadan qaldırılmasını mümkündürmü?..

Siyasi şərhçi: “Həqiqətən 44 günlük Vətən müharibəsindən sonra istər Azərbaycan-İran münasibətlərində, istərsə də Türkiyə-İran münasibətlərində mövcud olan çatlar bir qədər də dərinləşdi”.

“Məhz İrandan verilən sərt bəyanatlar, xəbərdarlıqlar, həmçinin Xəzərdə Türkiyə-Azərbaycan hərbi təlimlərinə İran tərəfindən verilən reaksiya, Rusiyanın dəvətlə hərbi gəmilərlə Bakıya gəlişi, sülhməramlı adlanan Rusiya işğalçı qüvvələrinin davranışlarının hamısı münasibətlərdə olan diametrial ziddiyyətlərin təzahürüdür. Bunların da tez zamanda aradan qalxacağına inanmıram”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu İran tərəfinin yeni yaranmış status-kvo çərçivəsində Azərbaycan və Türkiyə ilə tərəfdaşlığa getməsinin ehtimalını PİA.az-a şərh edərkən qeyd edib.

BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında keçirilən görüşdə tərəflər Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin toplantısının keçirilməsinə dair razılıq əldə ediblər. Təbii ki, belə bir toplantının keçirilməsi bölgədəki fikir ayrılıqlarının aradan qaldırılması üçün çox vacibdir.

Ümumiyyətlə İranla Azərbaycanİranla Türkiyə arasında 44 günlük Vətən müharibəsindən sonra baş verən geosiyasi ayrılıqların ortadan qaldırılmasını mümkün hesab etmək olar? Həmçinin İran tərəfinin yeni yaranmış status-kvo çərçivəsində Azərbaycan və Türkiyə ilə tərəfdaşlığa getməsi mümkündürmü?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “İran anlayır ki, onun yürütdüyü siyasət bölgədə gec-tez hərbi qarşıdurmaya gətirib çıxaracaq. Bunu Rusiya da anlayır”.

Azərbaycan və Türkiyənin vaxt udmağa çalışdığını, İranRusiyanın isə vaxtının getdikcə daraldığını xatırladan siyasi şərhçi PİA.az-a bildirib ki, böyük dövlətlər üçün Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi geosiyasi əhəmiyyətə malik idi. Həmin geosiyasi məsələdə də Türkiyə-İran, Azərbaycan-İran maraqları daban-dabana zidd gəlir:

“Mən düşünürəm ki, belə kontraktlar və müzakirələğr vacibdir. Bildiyimiz kimi bundan öncə də üç ölkənin beyin mərkəzlərinin nümayəndələrinin Azərbaycan Diplomatiya Akademiyasında böyük müzakirəsi oldu. Burada İrandan, Türkiyədən, Azərbaycandan beyin mərkəzlərinin təmsilçiləri iştirak edirdilər. Əlbəttə ki, qonşu dövlətlər arasında münasibətlərin tənzimlənməsi olduqca vacibdir. Amma Azərbaycan-Türkiyə-İ­ran üçlüyündə bu münasiblərin tənzimlənməsi nə dərəcədə inandırıcıdır - bu başqa sualdır.

Hesab edirəm ki, həqiqətən də 44 günlük Vətən müharibəsindən sonra istər Azərbaycan-İran münasibətlərində, istərsə də Türkiyə-İran münasibətlərində mövcud olan çatlar bir qədər də dərinləşdi. Çünki həmin bu müharibənin hədəflərindən biri Azərbaycan üçün torpaqların işğaldan azad olunması idi. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması idi. Amma digər dövlətlər, böyük dövlətlər üçün bunun geosiyasi əhəmiyyəti var idi. Həmin geosiyasi məsələdə də Türkiyə-İran, Azərbaycan-İran maraqları daban-dabana zidd gəlir.

Belə ki, İran Rusiya ilə birlikdə Azərbaycan üzərindən Şimal-Cənub dəhlizinin işə düşməsində maraqlıdır. Əslində burada Azərbaycanın da maraqları var. Sadəcə olaraq problem ondan ibarətdir ki, burada söhbət daha çox ticari yüklərin deyil, hərbi yüklərin daşınmasından gedir.

Ərəstun Oruclu: “Azərbaycanın 44 günlük keçirdiyi hərbi əməliyyatlar bütün mümkün yolları kəsdi. Şübhəsiz ki, bu müharibədə Türkiyənin, Pakistanın, İsrailin Azərbaycana dəstək olması bu mübarizənin geosiyasi vektorudur”.

İran üçün Rusiya ilə əlaqə son dərəcə vacibdir. İran anlayır ki, onun yürütdüyü siyasət bölgədə gec-tez hərbi qarşıdurmaya gətirib çıxaracaq. Bunu Rusiya da anlayır. Rusiya İranın düşdüyü vəziyyətdən istifadə edərək Yaxın Şərqə çıxmaq və orada möhkəmlənmək istəyir.

Azərbaycanın 44 günlük keçirdiyi hərbi əməliyyatlar isə bütün mümkün yolları kəsdi. Şübhəsiz ki, bu müharibədə Türkiyənin, Pakistanın, İsrailin Azərbaycana dəstək olması bu mübarizənin geosiyasi vektorudur. Bu da İranın və Rusiyanın maraqlarına ziddir. Buna görə də mən münasibətlərin tənzimlənəcəyinə inanıram. Müsbət dinamikanın olacağı mənə inandırıcı gəlmir.

Hal-hazırda belə bir təəssürat yaranır ki, sanki tərəflər vaxt udmağa çalışır. Daha çox da Azərbaycan və Türkiyə vaxt udmağa çalışır. İranRusiyanın vaxtı isə getdikcə daralmaqdadır. Məhz İrandan verilən sərt bəyanatlar, xəbərdarlıqlar, həmçinin Xəzərdə Türkiyə-Azərbaycan hərbi təlimlərinə İran tərəfindən verilən reaksiya, Rusiyanın dəvətlə hərbi gəmilərlə Bakıya gəlişi, sülhməramlı adlanan Rusiya işğalçı qüvvələrinin davranışlarının hamısı münasibətlərdə olan diametrial ziddiyyətlərin təzahürüdür. Bunların da tez zamanda aradan qalxacağına inanmıram”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar