Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özü gəlməyə cəsarət eləmir, köməkçisini göndərir..

Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan öz köməkçisini Azərbaycan ərazilərinin Rusiya sülhməramlılarının nəzarətində olan hissəsinə-Dağlıq Qarabağa göndərir. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan hökumətinin saytında yerləşdirilmiş rəsmi qərarda baş nazirin köməkçisi Qaqik İsaxanyanın “dörd günlük işgüzar səfərlə” Dağlıq Qarabağa ezam edildiyi göstərilir.

Bildirilir ki, İsaxanyan iyulun 12-dən 15-nə qədər Xankəndində “işçi görüşlər keçirəcək” və nəticələri barədə hesabat hazırlayıb baş nazirə təqdim edəcək.

Qeyd edək ki, Nikol Paşinyanın ayağı Azərbaycan torpaqlarına sonuncu dəfə ötən ilin oktyabrında, Qarabağda şiddətli müharibənin  getdiyi günlərdə dəyib. Ermənistanın kapitulyasiyasından sonra isə Yerevandan bəzi hökumət rəsmiləri, o cümlədən xarici işlər naziri Qarabağa səfər etsələr də Azərbaycan tərəfi belə qanunsuz səfərlərə son qoyulmasını tələb etdi. Və xəbərdarlıq edildi ki, Ermənistan rəsmiləri Azərbaycan ərazilərinə qanunsuz səfərlərə son qoymasalar Bakı sərt addımlar atacaq.

İndi Paşinyan əlbəttə ki, Azərbaycan ərazilərinə ayaq basmağa cəsarət etmir. Amma hər halda öz köməkçisini “ezam etməyə” qərar verib və bu fakt onu göstərir ki, “Dağlıq Qarabağ” və ya “artsax” adlı hansısa ərazi vahidinin artıq mövcud olmadığı faktı ilə Yerevanda hələ barışmaq istəmirlər. (virtualaz.org)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Ən çox oxunanalar