Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Qaqik Tsarukyanı yenidən həbs etdirdi

“Çiçəklənən Ermənistan” partiyasının sədriQaqik Tsarukyanı xüsusi xidmət əməkdaşları tutub aparıb...

Ermənistanda müxalif “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri, keçmiş oliqarx Qaqik Tsarukyan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Bu haqda onun partiyasının mətbuat katibi İvetta Tonoyan məlumat verib. Bildirilir ki, Tsarukyanın saxlanılması müxalifət partiyalarının bu günə-noyabrın 11-nə təyin edilmiş mitinqi ilə bağlıdır. Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli sazişə etiraz olaraq təşkil edilən mitinq az əvvəl başlayıb

“Natamamlıq kompleksindən, qorxudan uzaqlaşmaq əvəzinə hakimiyyət növbəti dəfə Tsarukyanı saxlayır. Onlar dərk etməyiblər ki, üç milyon adamın hamısını həbs etmək və ya saxlamaq mümkün deyil. Bütün hamı başa düşür ki, hakimiyyət bu sənədin imzalanmasından sonra məsuliyyəti başqalarının üstünə atmağa çalışır”,-Tonoyan bildirib.

Bundan əvvəl baş nazir Nikol Paşinyan Qaqik Tsarukyanı “Şuşada xəyanət etməkdə” günahlandırmışdı. Onun sözlərinə görə, Tsarukyan Şuşanın müdafiəsi üçün dəstə göndərməyə söz versə də bunu eləmədi.

Qaqik Tsarukyan müharibədən əvvəl həbs edilmişdi və hərbi əməliyyatlar ermənilərin məğlubiyyətlər seriyası ilə davam edəndə onu azadlığa buraxmışdılar. Tsarukyan könüllülər dəstəsi toplayaraq Qarabağa gəlmişdi. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Ən çox oxunanalar