Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tariximizdən bixəbər mütəxəssis milli dövlətçiliyimizə xidmət edə bilməz” - Samir Əsədli

VHP funksioneri: “Spartakı sevib Babəki bilməyən, Eynşteyndən danışıb Tusini tanımayan, Bethoveni dinləyib Üzeyir bəyi duymayan ən mükəmməl mütəxəssis belə milli dövlətçiliyə xidmət edə bilməz”.

Ali təhsil müəssisələrində “Azərbaycan tarixi” fənninin saatının azaldılması tarixçi alimlərin etirazına səbəb olub. Belə ki, bir qrup tarixçisi Təhsil Nazirliyinə müraciət ünvanlayaraq bu qurumun ali məktəblərdə “Azərbaycan tarixi” dərslərinin ixtisar edilməsinə yönəlmiş siyasətini yenidən nəzərdən keçirməsini tələb edib.

Məsələylə bağlı Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli PİA.az-a deyib ki, ali məktəblərin tədris proqramında Azərbaycan tarixinə münasibət təəssüf doğurur:

Azərbaycan tarixinin sovet dönəmindən qalan problemləri, yanlış yanaşmalar, düzgün olmayan qarşıdurmalar tam aradan qalxmadan ali təhsil müəssisələrində "Azərbaycan tarixi" fənninin tədrisinin azaldılması başqa bir problem yaradır.

Qeyd edək ki, 2020-2021-ci illər üçün tədris planında "Azərbaycan tarixi" fənninin dərs saatlarının Tarix fakültələrində 315 saatdan 210 saata, qeyri-tarix fakültələrində 120 saatdan 60 saata qədər azaldılması nəzərdə tutulur. Unutmayaq ki, istənilən sahə üzrə yetişdirilən mütəxəssis, ilk növbədə, bu millətə bağlılığı ilə faydalı ola bilər.

Spartakı sevib Babəki bilməyən, Eynşteyndən danışıb Tusini tanımayan, Bethoveni dinləyib Üzeyir bəyi duymayan ən mükəmməl mütəxəssis belə milli dövlətçiliyə xidmət edə bilməz. Ali məktəblərdə “Azərbaycan tarixi”nin “Müasir Azərbaycan dövlətçiliyi tarixi” kursu ilə əvəz edilməsi xüsusilə yanlışdır. Bu, təhsilin siyasiləşdirilməsi, kadrların milliləşdirilməsindən daha çox qrup siyasi maraqları yönündə yetişdirilməsini göstərir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Çin ABŞ-ni Ukraynada sülhə nail olmağa çağırıb

1988-ci il iyununda kəndin 3 sakinini faciəli şəkildə öldürdülər - Qərbi Azərbaycan Xronikası

Göyçay Peşə Liseyindən 77 tələbə xaric edilib, direktor müavini və baş mühasib işdən çıxarılıb

Ən çox oxunanalar