Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanla Sarkisyan arasında hansı razılaşma olub? - Təhlil

Sabiq prezident sıxışdırıldıqca, yeni faktlar ortaya tökülür...

Aram Amatuni

“1in.am”, Ermənistan, 06 dekabr 2019-cu il

Bu gün Milli Məclisin “Çiçəklənən Ermənistan” Partiyasından olan deputatı Gevorq Petrosyan “məxməri inqilab” ətrafında yeni hakimiyyətlə Serj Sarkisyan arasında əldə edilən razılaşmalardan danışaraq, bəyan edib ki, mən bu iqtidarın hakimiyyətə gəlməsi üçün Serj Sarkisyana nə qədər borclu olduğunu bilmirəm.

Gevorq Petrosyan qeyd edir ki, bu planda reallığın nədən ibarət olduğunu bilmirəm, lakin hakimiyyətin qansız təhvil verilməsi faktdır.

Petrosyan kifayət qədər maraqlı alt mətnlərdən danışır.  Lakin istənilən halda, Gevorq Petrosyanın bəyanatı onun şəxsi fikirlərini deyil, ən azı, başda Qaqik Sarukyan olmaqla, “Çiçəklənən Ermənistan” Partiyasının müəyyən dairəsinin onun ağzı ilə ifadə olunan fikirlərini əks etdirir. Bundan bir neçə gün öncə Sarukyan başqa mövzu haqqında danışarkən “Gevorq hər şeyi düz edir” deyərək, özü bunu təsdiqləyib.

Deməli, Gevorq Petrosyanın ağzı ilə, praktiki olaraq, Qaqik Sarukyan yeni hakimiyyətlə Serj Sarkisyan arasında razılaşmalardan danışır. Ən azı, heç nə bilməməsi kontekstində...

Bu halda, ən əhəmiyyətli olan eyhamdır. Özü də Serj Sarkisyanın həbsi fonunda. Hər şeydən göründüyü kimi, eyhamın bir tərəfi ondan ibarətdir ki, tərəflərdən hansı birisə razılaşmanı pozub.

Lakin eyhamın digər tərəfində daha diqqətəlayiq cəhət ola bilər. Belə ki, Serj Sarkisyana qarşı ittiham irəli sürülməsinə baxmayaraq, “Çiçəklənən Ermənistan” Partiyası və ən azı, köhnə sistemin müəyyən hissəsi “Çiçəklənən Ermənistan” Partiyasının ağzı ilə bəyan edir ki, bu ittihama “inanmır”.

Fakt budur ki, köhnə sistemin Serj Sarkisyana qarşı başqa ittihamı var: o, hakimiyyəti təhvil verib və hamını fakt qarşısında qoyub. Mühüm deyil ki, təhvil verib və ya saxlaya bilməyib, uduzub və s. Mühüm olan odur ki, bu ittiham və onunla birlikdə, hər halda, onun uduzmadığı, hakimiyyəti təhvil verdiyi haqqında bir şübhə mövcuddur. Bunu Gevorq Petrosyanın eyhamı da təsdiqləyir.

İstənilən halda, maraqlıdır, görəsən, Qaqik Sarukyan bu dəfə də deyəcək ki, Petrosyan düz danışır?

Ola bilsin ki, Sarukyan üçün durum indi başqa yöndə daha ciddidir. Çünki o, faktiki, istəsə də, istəməsə də, BƏƏ prezidentinin, şeyxi və varisinin adını çəkib və onlara görə çox kiçik çaplı olan və onlarla heç bir əlaqəsi olmayan bir məsələyə toxunub.

Bununla birlikdə, Petrosyanın eyhamı bu fonda, “Mənim addımım” blokunun və “Çiçəklənən Ermənistan” Partiyasının münasibətlərinin kəskinləşdiyi, Nikol Paşinyanın bu partiyaya qapını göstərdiyi bir vaxtda da maraqlıdır.

Deyəsən, “Çiçəklənən Ermənistan”Partiyası parlamentin işinin uzunmüddətli boykot edilməsi haqqında qərar qəbul etməyə cəsarət etməyib. Bu, əlbəttə, rasional addımdır, lakin “Çiçəklənən Ermənistan”Partiyasının həm parlamentdə, həm də parlament xaricində ata biləcəyi addımlar əhəmiyyətli dərəcədə məhdudlaşıb. Və görünür, bu durum Sarukyanı belə düşünməyə məcbur edir ki, o, inqilaba su verməyinə baxmayaraq, onu sulamayıb, bəlkə də “Çiçəklənən Ermənistan” Partiyasının siyasi yolunu qurudub.

Tərcümə: Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Ən çox oxunanalar