Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qoşqarın çadırı və mollanın "halallıq kağızı"… 

Al çadırı, kəs qatırı, sat fağıra kilo-kilo…

Bu gün «Qurban Bayramı»dır – cümlə müsəlmanları təbrik edirik, Tanrı əməlisalehlərin qurbanlarını qəbul eləsin! Əməli saleh olmayanlar isə qoy, Tanrı qarşısında «imtahan»dan kəsilsinlər. Amin!

Əməli saleh olmayanlar deyərkən, uca Allahın buyurduğu bu ilahi əməldən Allaha xidmət yox, şəxsi mənfəət əldə etmək məqsədilə, hər cür fırıldaqdan istifadə edib də, külli sərvət toplamaq «eşqi» ilə qovrulan dələduzdarı nəzərdə tuturam - istər molla olsun, istərsə xilafi-həkim və ya xilafi-müsəlman…

Builki Qurban bayramını yeni bir «özəllik»lə qarşılayırıq – indiyə qədər mollaların inhisara almış olduqları bu dini bayrama indi rəsmi dairlərin nümayəndəsi (Qida Təhlükəsizliyi Agentliyi – Qoşqarın kontoru) də qoşulub və bu «biznes»ə bir milyon manat xəzinə vəsaiti xərcləyib - təsəvvür edirsinizi, 1 mlyon manat?!

Bu xəbər yayılandan üzübəri, yerli KİV-i diqqətlə izləyirəm – hamı məsələnin bir tərəfinə diqqət yönəldir ki, bəs, Qida Təhlükəsizliyi Agentliyi (QTA) Qurban Bayramı günündə heyvan kəsimini təşkil etmək məqsədilə 1 milyon manatlıq çadır və kəsim ləvazımatı alıb, qurbanlıq heyvanların kəsimini qəssablıq texnologiyasının ən yeni üsulları əsasında həyata keçirəcək. Yəni molla bir cür desə də çadır sahibi olan QTA öz bildiyi kimi edəcək – yəni bu sahə üzrə molla monopoliyasının sonu çatıb desək, yanılmarıq!

Amma şəxsən mən gözləyirdim ki, KİV-lər məsələnin o biri tərəfindən də yazacaqlar – ayə, dövlətin puluna çadır alıb, qəssabxana açmaq QTA-nin nizamnamə səlahiyyətlərinə aiddirmi? Başqa sözlə, nizamnamə üzrə səlahiyyətlərini yerinə yetirə bilməyən və ya yetirmk istəməyən bu «agentlik» necə olub və hansı məqsədlərlə bir milyonu havaya sovurur, qəssabxana açır?

Ta qədimdən üzübəri, Qurban Bayramında insanlar qurbanlıq heyvanları açıq havada, insanların gözü qarşısında kəsiblər – heç bir QTA və çadır-filan da lazım olmayıb. Bəs, indi Qoşqarın kontoru birdən-birə hansı məqsədlə bir milyonluq çadırları «it ölüsü» kimi atıb ortalığa?! Kimsə deyə bilər ki, Qoşqar sadəcə, dindarlara «sanitariya-epidemioloji köməkdarlıq göstərir, vəssalam». Amma oxşamır, nədən ki, belə «alicənablıq» QTA-nın pul kisəsinə «sığmır». Deməli, məqsəd başqa və xeyli ciddidir…

Mollaların qida sektorunda yaramaz fəaliyyəti yenilik deyil və İslam mentaliteti ilə daban-dabana ziddiyyət təşkil edir. Onlar qida sektoruna burun soxmasaydılar, daha yaxşı olardı. Bunu bircə misalla əsaslandırmağa çalışacam. Belə ki, Qafqaz Müsəlmanları İdarəsi «Servelat» kolbasası üçün istehsalçılara «Halal» sertifikatı verir! «Servelat» adlı kolbasa halal ola bilməz, nədən ki, lap yaranışdan bu kolbasa növünun standartına görə, tərkibində donuz ətinin kütlə payı 75,0 faiz təşkil etməlidir. İslam dini isə donuz ətini «haram» buyurub! Odur ki, həmin məhsul «Servelat»dırsa, deməli, «halal» deyil, «halal»dırsa, deməli «Servelat» deyil. Odur ki, belə «molla»dan yaxşı bir əməl gözləmək axmaqlıq olardı…

Başqa bir misal. Rəhmətlik S.Ə.Şirvaninin «Köpəyə ehsan»ını xatılayın. Seyid yazıb:

«Dedi: – Olsun hərirdən kəfənim.
Hər vəsiyyət ki, etdi qıldım əməl,
Bir vəsiyyət sizinçün etmiş əzəl.
Söyləyib siz cənabə əlli qoyun,
Demişəm onları yolüstə qoyun.
Qoyun adın eşitdiçün molla,
Dedi: – Əhsən bu halə, nami-xuda!
İt demə, ol dəxi bizim birimiz,
Belə ölmüşlərə fəda dirimiz.
Rəhməti-həqqə oldüçar olsun,
Səgi-Əshabi-kəhfə yar olsun.
Oxuyub sidqilə ona yasin,
Özü də saxladı onun yasın».

Ödənişsiz xidmət – bolluca gözlənti…

Verilən xəbərə görə, Qurban Bayramı ilə əlaqədar müəyyən edilmiş heyvan kəsimi yerlərində aparılacaq dezinfeksiya tədbirləri ödənişsiz həyata keçiriləcək. Amma bu xidmətin çadırda və ya «talvar»da həyata keçirilməsinin heç bir fərqi olmaz. Həm də «Sanitariya-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikası Qanununa görə, ölkə daxilində bu xidmət pulsuz həyata keçirilməlidir.

İndi isə başqa bir məqama diqqət yetirək. İyulun 29-da yerli KİV-in yaydığı məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı günlərində ölkə ərazisində 44 stasionar və 30 çadır tipli heyvan kəsimi məntəqlərinin fəaliyyət göstərəcəyini müəyyən edib – bir milyon manatlıq çadırlar da məhz bu məqsədlə alınıb. Moment! Bu ki, biznes fəaliyyətidir, dövlət agentliyi isə bizneslə məşğul ola bilməz, həm də dövlət vəsaiti hesabına! Deməli, çadırların hesabına «Qoşqar agentliyi» qurbanlıq heyvanların kəsimi sahəsini bir həmlə ilə təmərküzləşdirir və öz əlinə alır! Başqa cür ola da bilməzdi. Belə ki, Təhməzli Qoşqar öz əmək fəaliyyəti dövründə Hüseyn Qədimov-Abbas Vəlibəyov «məktəbi keçib». Bu məktəbin fəaliyyətinin ən «parlaq» səhifələrindən birinin üzərinə işıq salmaqla, onun mahiyyətinə varmaq üçün oxuculara yardımçı olmaq istərdim. Hələ 1990-cı illərin əvvəllərində – Hüseyn Qədimov «BAK SES»-in direktoru olduğu vaxt SSRİ-dən qalma bir təlimatı (səhv etmirəmsə, qida məhsullarının saxlanma şəraiti ilə bağlı) rus dilindən tərcümə elətdirib, dövriyyəyə buraxmışdı. Təəccüblüdür ki, o zaman H.Qədimov təlimatın tərcümə variantına bir cümlə əlavə etmişdi: «Tapşırılsın respublikanın baş sanitariya həkiminə…» - deyə, bibaşa öz rəhbərinə baş-ayaq səciyyəli «göstəriş vermişdi». Bu baxımdan heç təəccüblü deyil ki, QTA-nin yaranmasından üzübəri ölkənm istehlak bazarında pozitiv heç bir dəyişiklik (tendensiya) müşahidə olunmayıb. Bu da təsadüfi deyil. Nədən ki, 1992-ci ildə Azərbaycanda qəbul olunmuş «Sanitariya-epidemioloji salamatlıq haqqında» qanun çoxdan köhnəlib və dövrün tələblərinə cavab vermir. Bundan başqa, 1998-ci ildə ölkənin Baş naziri tərəfindən imzalanmış «Azərbaycan Republikasında ticarət və xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları» adlı sənəd əvvəli kimi işlək deyil. Belə bir şəraitdə QTA yox, lap kim olursa olsun, sahə üzrə kompetent və yetərli fəaliyyət göstərə bilməz. QTA-a isə ətalət üzrə baş girləyir…

Belə bir rüsvayçı vəziyyətin hakim olduğu məkanda ölü doğulmuş «qida təhlkəsizliyi agentliyi»nin rəhbərliyini vadar edən nədir ki, bidən-birə «çadırda qəssablıq biznesi»nə baş vurur!

Həəə, məqalənin başlığında təsadüfən yazmadım ki, «Al çadırı, kəs alm… pardon, kəs qatırı, «halal» eylə, sat fağıra kilo-kilo…»

Bunun üçün Təhməzin kontorunun «it demə, ol dəxi bizim birimiz» – deyən təcrübəli həmkarı da var – bu tandem lap göydəndüşmədir!

Mirzə AĞ(AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar