Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gündən müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi başlayır

Namizədlər imtahan fənninə uyğun 8 vakant yer seçə bilərlər

“Report” verir ki, namizədlər avqustun 14-ü saat 13:00-dək elektron ərizələrində müvafiq bölməyə daxil olaraq imtahan fənninə uyğun 8 vakant yer seçə bilərlər.

Sonda namizədlər ərizələrini təsdiq etməlidirlər.

2019-2020-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak etmiş namizədlərə builki və ya ötənilki işə qəbul imtahan nəticəsini seçərək bu mərhələdə iştirak hüququ verilir.

Vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu imtahanlarında müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş və 3 ildən az olmayan müddətdə işdən ayrılan, diaqnostik qiymətləndirilmədə iştirak edən namizədlər seçə bilərlər.

Müsabiqəyə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumi təhsil müəssisələri üzrə 7 mindən artıq vakant yer çıxarılıb.

Xatırladaq ki, iyulun 8-dən 24-dək müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində 41 288 namizəd iştirak edib. Bu mərhələnin ilkin nəticələrinə əsasən, imtahanda iştirak etmiş namizədlərdən 18 min 881-i (46 faiz) uğur qazanaraq müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

Ən çox oxunanalar