Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaqauziya prezidenti: “Mehriban Əliyeva Qaqauziyada nəhəng tikinti işləri aparır”

İrina Vlax bəzi KİV-lərin qaqauzların Moldovadan ayrılmaq istəmələri barədə iddialarını qətiyyətlə rədd edib

Azərbaycan həmişə Qaqauziyaya kömək edib və xalqımız bunu heç vaxt unutmayacaq. Xalqlarımızın dil və mədəni yaxınlığı bizi birləşdirir”, - vurtualaz.org-un əməkdaşı ilə söhbətində Moldovanın Qaqauz muxtar ərazi vahidinin başqanı, ölkə hökumətinin üzvü İrina Vlax deyib.

Moldovalı siyasi xadim qeyd edib ki, iki ölkə - Türkiyə və Azərbaycan heç vaxt Qaqauziyanı dəstəksiz qoymayıblar və bu, regionun inkişafı üçün vacibdir.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hazırda bizim inzibati mərkəzdə - Komratda nəhəng və müasir Mədəniyyət-tədris mərkəzi tikir. Mərkəzin bu ilin payızında istifadəyə verilməsi gözlənilir və biz artıq prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı təntənəli açılış mərasiminə dəvət etmişik”, - o bildirib.

Eyni zamanda, İrina Vlax bəzi KİV-lərin qaqauzların Moldovadan ayrılmaq istəmələri barədə iddialarını qətiyyətlə rədd edib:

“Tam məsuliyyətlə bəyan edirəm ki, bizim qaqauz muxtariyyətində heç vaxt separatçı iddialar olmayıb. O da doğru deyil ki, Türkiyə və Rusiya hər biri öz təsəvvürünə görə qaqauzları separatçılığa itələmək istəyirlər. Biz heç vaxt onlar tərəfdən təzyiq hiss etməmişik və hər zaman Moldovanın bütövlüyünün tərəfdarı olmuşuq. Yeganə iddiamız ölkəmizin yalnız bir mərkəzlə deyil, bütün ölkələrlə dövlətimizin maraqları çərşivəsində əməkdaşlıq etməsidir”.

pia.az


Etiket: İrina Vlax


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Ən çox oxunanalar