"ABŞ prezidenti Donald Trampın Twitter-dəki çılğın paylaşımları dünya neft bazarına qarışıqlıq salır"
Bunu Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak deyib.
Onun fikrincə, neftin qiymətinin artması məhz bununla bağlıdır: "ABŞ rəhbərliyi tərəfindən bütün bu duyğu qabarmaları, mülahizələr, paylaşımlar bazarı qarışdırır.
Bazar nə edəcəklərini, bundan sonra nələr olacağını başa düşmür. Məsələn, bu gün bazar qiymətləri bir qədər yuxarıdır, həmin o duyğulu paylaşımlar olmasaydı, məncə bundan aşağı olardı". (report.az)
pia.az