Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövşən Lənkəranskinin “xaç oğlu” azadlığa çıxdı - Foto

Azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Zaur Naxçıvanski" kimi tanınan Zaur Bayram oğlu Şipilov azadlığa çıxıb

33 yaşlı kriminal avtoritet bu gün sərbəst buraxılıb.

Xatırladaq ki, Rusiyanın Orenburq şəhərində anadan olan Zaur kriminal aləmdə nüfuzlu avtoritetlərdən sayılan Bayram Talıbovun oğludur. Şipilovun atası 2006-ci ilin aprelində "Sabirabadlı Hikmət" kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib.

Qeyd edək ki, mərhum azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranski tərəfindən "tac"landırılan Zaur Şipilov 2015-ci ilin oktyabr ayında Moskvanın Alayski bazarında olan "Çertanovskoy" restoranında polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində külli miqdarda narkotik vasitə (heroin) aşkarlanıb. Ona Rusiya Cinayət Məcəlləsinin 228-ci (narkotik vasitə saxlama) ittihamı verilib. O, istintaq dövründə Moskvada yerləşən "Matroskaya Tişina" həbsxanasına göndərilib. Zaur Şipilovun işinə Moskva şəhər Çertanov rayon Məhkəməsi baxıb. Məhkəmənin hökmü ilə Zaur Naxçıvanski 3 il müddətinə azadlıqdan məhrum edilib. O "Matroskaya Tişina" cəzaçəkmə müəssisəsindən Samara vilayətində olan həbsxanaya etap edilib. Kriminal avtoritet həmin türmədə tanınmış "qanuni oğru" Vladimr Ozerskiy (Vova Zyuzya) ilə birgə cəza çəkib.

Zaur Naxçıvanski kriminal aləmdə Rövşən Lənkəranskinin "xaç oğlu" kimi də tanınır. Belə ki, Şipilovun atası qətlə yetiriləndən sonra o, həmin dövrdə Rövşən Lənkəranski tərəfindən himayə edilib. Rövşən Zaurun yetişməsində, atasının yolunu getməsində böyür rol oynayıb.(yenicag.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

Ən çox oxunanalar