Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orfoqrafiya qaydaları ilə bağlı müzakirələr başa çatıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti bir müddət öncə yeni orfoqrafiya lüğətinin yaradılması ilə bağlı Orfoqrafiya komissiyası yaradıb

Orfoqrafiya komissiyasına Akademiyanın dilçi və digər humanitar sahəni təmsil edən əlaqəli akademikləri daxildir. Orfoqrafiya komissiyasının ölkə miqyaslı əhəmiyyəti nəzərə alınaraq, quruma Təhsil, Mədəniyyət nazirliklərinin, Reklam Agentliyinin, Tərcümə Mərkəzinin və Terminalogiya komissiyasının təmsilçiləri də daxil edilib.

Üstündən xeyli müddət keçsə də, Orfoqrafiya lüğəti barədə hər hansı məlumat yoxdur.

Modern.az saytı yenilikləri öyrənmək üçün Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli ilə əlaqə saxlayıb.

O, saytımıza açıqalamasında bildirib ki, yarımçıq qalan işlərə sentyabrdan baxılacaq.

“Hələ ki, Orfoqrafiya lüğəti barədə yenilik yoxdur. Çünki hamı tətildədir. Buna baxmayaraq, artıq Orfoqrafiya qaydaları haqqında müzakirələr başa çatıb.

Yay tətili bitəndən sonra Orfoqrafiya Komissiyası qaydalar haqqında yekun elmi qənaətlərə gələcək. Sentyabr ayında keçiriləcək Orfoqrafiya Komissiyasının növbəti iclasında qaydalar haqqında müzakirələrə yekun vurulacaq.

Bunun əsasında Azərbaycanda müstəqillik dövründə sistemli şəkildə ilk dəfə, elmi cəhətdən əsaslandırılmış Orfoqrafiya qaydaları təsdiq olunacaq. Yeni qaydalar əsasında müasir tələblərə cavab verən yeni Orfoqrafiya lüğəti hazırlanacaq. Komissiya üzvləri tətildən qayıdan kimi Orfoqrafiya lüğəti nəzərdən keçiriləcək və bundan sonra prezidentə təqdim olunacaq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

Bakıda baş verən güclü yanğın uçuşlara necə təsir edib?

Ən çox oxunanalar