Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzəryanı ölkələrin XİN başçıları Aktauda görüşəcək

Xəzəryanı dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası V Xəzər sammiti ərəfəsində – avqustun 11-də Qazaxıstanın Mangistau vilayətinin inzibati mərkəzi olan Aktau şəhərində keçiriləcək

“İnterfaks” xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, tərəflərin əldə etdiyi razılığa əsasən, xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 52-ci iclasının avqustun 10-da Aktauda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, avqustun 12-də Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının V sammiti keçiriləcək. Sammitdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı gözlənilir. Görüş çərçivəsində Xəzər dənizinin hüquqi statusu, iqtisadiyyat, nəqliyyat, ekologiya və təhlükəsizlik sahəsində Xəzər dənizində əməkdaşlıq məsələləri müzakirə ediləcək. Sammitdə 20 ildən çoxdur üzərində iş aparılan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağı gözlənilir. (report.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Xankəndiyə ilk investisiyaların həcmi açıqlanıb

Ən çox oxunanalar